Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Ölkə Ofisi tərəfindən icra edilən və Yaşıl İqlim Fondu tərəfindən maliyyələşdirilən Milli Uyğunlaşma Planı (MUP) layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tərəfdaşlığı ilə dövlət qulluqçuları üçün İqlim Dəyişikliyinə Uyğunlaşma üzrə rəhbər səviyyəli kursların ikinci mərhələsi uğurla başa çatıb.
BMTİP Azərbaycanda dövlət qulluqçuları üçün İqlim Dəyişikliyinə Uyğunlaşma üzrə rəhbər səviyyəli kursların ikinci mərhələsini uğurla başa çatdırıb
7 August 2024
BAKI. 26 iyul, 2024: Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Ölkə Ofisinin icra etdiyi Yaşıl İqlim Fondu tərəfindən maliyyələşdirilən Milli Uyğunlaşma Planı layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tərəfdaşlığı ilə dövlət qulluqçuları üçün İqlim Dəyişikliyinə Uyğunlaşma üzrə rəhbər səviyyəli kursların ikinci mərhələsi uğurla başa çatıb.
Kurslar “İqlim dəyişikliklərinə uyğunlaşmanın mahiyyəti” kimi əhəmiyyətli mövzulara və dövlət qulluqçularının iqlim problemlərinin həlli üçün bilik və bacarıqlarının artırılmasına yönəlib.
“İqlim dəyişikliyinə uyğunlaşma” üzrə təlim proqramı 22-26 iyul 2024-cü il tarixlərində keçirilib və müvafiq dövlət qurumlarından dəvət olunmuş əməkdaşların uğurlu iştirakı ilə baş tutub.
BMTİP Azərbaycan sertifikat almış bütün iştirakçılara təbriklərini çatdırır və onların Azərbaycanda iqlim fəaliyyətinə və dayanıqlı inkişafa davamlı töhfələrini səbirsizliklə gözləyir.