Bakı, 06 sentyabr 2021-ci il – Avropa İttifaqının maliyyələşdirdiyi "Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı" layihəsi çərçivəsində ikigünlük vebinar təşkil edilib. Vətəndaş cəmiyyəti təşkilatları (VCT) rəhbərlərinin yeni bilik və bacarıqlar əldə etməsi üçün keçirilən vebinar seriyası 25 təşkilatı və icma qrupunu bir araya gətirib.
Dosent Anar Vəliyev tərəfindən keçirilən sessiyalarda problemin müəyyənləşdirilməsi, müvafiq datanın araşdırılması, konseptləşdirilməsi və layihə ideyalarının təqdimatı da daxil olmaqla, qrant təkliflərinin yazılması prosesləri müzakirə edilib. Həmçinin, bəzi sessiyalar COVID-19 pandemiyasının Azərbaycan cəmiyyətinə və fərdlərə təsirlərinin aradan qaldırılması üçün yeni həll yollarının müzakirəsi və təklifinə həsr olunub.
Qeyd edək ki, vebinar seriyası gələn həftə də davam edəcək.
BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən 3 milyon avro vəsaitin ayrıldığı bu layihə, siyasətlərin formalaşdırılması, yerli inkişaf və sosial innovasiya sahələrində VCT-lərin iştirakının artırılması məqsədilə təşkilatların potensialının gücləndirilməsini hədəfləyir.
Media contact:
For media inquiries, please contact Leyla Gurbanova, Communications and Visibility Specialist for UNDP in Azerbaijan at leyla.gurbanova@undp.org.
Gulnara Bayramova, Press and Information Officer at the Delegation of the European Union to Azerbaijan at gulnara.bayramova@eeas.europa.eu.
The European Union is made up of 27 Member States who have decided to gradually link together their know-how, resources and destinies. Together, during a period of enlargement of more than 60 years, they have built a zone of stability, democracy and sustainable development whilst maintaining cultural diversity, tolerance and individual freedoms. The European Union is committed to sharing its achievements and its values with countries and peoples beyond its borders”.
UNDP is the leading United Nations organization fighting to end the injustice of poverty, inequality, and climate change. Working with our broad network of experts and partners in 170 countries, we help nations to build integrated, lasting solutions for people and planet.