BMTİP-nin iştirakı ilə Azərbaycanın Milli Uyğunlaşma Planının hazırlanması çərçivəsində İşçi Qrupunun növbəti iclası keçirilib

BMT-nin İnkişaf Proqramının Azərbaycan Ölkə Ofisi tərəfindən icra edilən və Yaşıl İqlim Fondu tərəfindən maliyyələşdirilən Milli Uyğunlaşma Planı (MUP) layihəsinin və Ekologiya və təbii sərvətlər nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın Milli Uyğunlaşma Planının hazırlanması üzrə İşçi Qrupunun növbəti iclası baş tutub.

7 November 2024
a group of people sitting at a table

Bakı, 4 oktyabr 2024-cü il. BMTİP Azərbaycan Ölkə Ofisi tərəfindən həyata keçirilən və Yaşıl İqlim Fondu tərəfindən maliyyələşdirilən Milli Uyğunlaşma Planı layihəsi və Ekologiya və təbii sərvətlər nazirliyinin (ETSN) təşkilatçılığı ilə Azərbaycanın Milli Uyğunlaşma Planının hazırlanması üzrə İşçi Qrupunun növbəti iclası baş tutub.

Tədbirdə ETSN-nin rəhbər əməkdaşları, aparıcı mütəxəssislərı, o cümlədən, BMT-nin İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelinin (İPCC) icraçı katibinin müavini xanım Ermida Fida, Türkiyə Respublikası Ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri nazirliyinin İqlim dəyişmələri departamentinin rəis müavini Orhan Solak və departamentin əməkdaşı Ali Cem, BMTİP Azərbaycan Ölkə Ofisində Milli Uyğunlaşma Planı layihəsinin rəhbəri Zaur Əliyev və digər dövlət qurumları, ictimai təşkilatların nümayəndələri iştirak edib. 

a group of people sitting at a table

Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyevanın açılış nitqi ilə başlayan iclasda Hökumətlərarası Panelin icraçı katibinin müavini, Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri departamentinin rəis müavini və BMTİP Azərbaycanda Milli Uyğunlaşma Planı layihəsinin rəhbəri iqlim dəyişmələrinə uyğunlaşma tədbirləri üzrə təqdimatlarla çıxışlar edib. 

Tədbirin məqsədlərinə uyğun olaraq, iştirakçılar tərəfindən Milli Uyğunlaşma Planının hazırlanması çərçivəsində yeni ssenarilərin formalaşdırılması, iqlim dəyişmələrinin müvafiq sektorların strateji inkişaf plan və proqramlarına inteqrasiya edilməsi üzrə müzakirələr aparılıb. 

Sonda tədbir iştirakçılarının Milli Uyğunlaşma Planının müzakirələri zamanı müəyyən olunan boşluqlar, problemlər qeyd olunaraq növbəti addımların atılması ilə bağlı görüləcək tədbirlər vurğulanıb.

 

Media kontakt 

Hüseyn Daşpoladov, BMTİP Azerbaijan

huseyn.dashpoladov@undp.org