Aİ və BMTİP vətəndaş cəmiyyəti təşkilatları üçün gender məsələləri və inklüzivlik üzrə təlimat kitabçalarını təqdim edir

22 June 2022

BMT-nin İnkişaf Proqramı vətəndaş cəmiyyəti təşkilatlarını (VCT) daha inklüziv və genderə həssas layihələrin hazırlanması və həyata keçirilməsinə istiqamətləndirmək məqsədilə bir sıra təlimat kitabçaları (bələdçi) hazırlayıb.

Kitabçalar Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində ərsəyə gəlib. Kitabçalar üç sahəni əhatə edir: icma əsaslı layihələrdə inklüziv iştirakın gücləndirilməsi, genderə həssas layihələrin hazırlanması və gender məsələlərinin siyasətlərin hazırlanması prosesinə inteqrasiyası.

Təlimatlar gender və icma inkişafı üzrə əsas konsepsiyaları izah edir, gender təhlili üçün metodologiyaları, həmçinin icmanın iştirakı və konsensusun qurulması üçün müxtəlif üsulları təklif edir. Bələdçi kitabçaları, layihə tərəfindən təşkil edilən intensiv proqramın bir hissəsi olaraq hazırlanıb və bugünə qədər təşkil edilən təlim və vebinarların davamı olaraq təqdim edilir. Məqsəd dayanıqlı inkişaf problemlərini daha effektiv şəkildə həll etmək üçün VCT-lərin potensialını artırmaqdır.

Sözügedən kitabçalar, planlaşdırıldığı üzrə layihənin elan etdiyi iki Kiçik Qrant Proqramı müddətində istifadəyə verilir. Belə ki, layihə gender bərabərliyi, iqlim dəyişikliyi və COVID-dən sonrakı bərpa mövzuları üzrə 37-yə qədər VCT-nin rəhbərlik etdiyi ən yaxşı təşəbbüsləri mükafatlandırmağı planlaşdırır. Qrant proqramının ümumi büdcəsi təxminən 1 milyon ABŞ dolları təşkil edir.

Müraciət etmək üçün təşkilatlar 24 iyun 2022-ci il tarixinədək keçiddə tələb olunan sənədləri təqdim etməlidirlər: https://bit.ly/3NHxS1o

Bələdçi kitabçalarını yükləmək üçün linklər:

https://www.undp.org/azerbaijan/publications/inclusive-part-community-based-projects

https://www.undp.org/azerbaijan/publications/towards-gender-sensitive-projects

https://www.undp.org/azerbaijan/publications/gender-sensitive-policy

***

Bu resurslar Aİ-nin maliyyələşdirdiyi və BMTİP-nin həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi tərəfindən hazırlanıb.
Layihə siyasətlərin formalaşdırılması, yerli inkişafa dəstək, sosial sahibkarlıq  və sosial innovasiyanın təşviqi sahələrində VCT-lərin iştirakının artırılması məqsədilə onların potensialının gücləndirilməsini hədəfləyir.

 

Əlaqə üçün məlumat:

Leyla Qurbanova, BMTİP-nin Azərbaycan ofisinin Kommunikasiyalar üzrə mütəxəssisi – leyla.gurbanova@undp.org

Gülnarə Bayramova, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin Mətbuat və İnformasiya Rəhbəri gulnara.bayramova@eeas.europa.eu

Avropa İttifaqına Üzv Dövlətlər öz təcrübələrini, resurs və müqəddəratlarını birləşdirmək qərarına gəlmişlər. Onlar birlikdə sabitlik, demokratiya və davamlı inkişaf zonası qurmuş, eyni zamanda mədəni müxtəlifliyi, tolerantlıq və fərdi azadlıqlarını qoruyub saxlamışlar. Avropa İttifaqı hüdudlarından kənarda olan ölkə və xalqlarla öz nailiyyət və dəyərlərini bölüşmək öhdəliyinə sadiq qalır.

BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.

Ətraflı məlumat üçün undp.org vebsaytına baş çəkə yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.