Ənənəvi İncəsənət vasitəsilə İnklüziv Təhsilin Təşviqi
Photo: Asan Radio
Layihənin təsviri
Layihə 4-cü Dayanıqlı İnkişaf Məqsədinin (Hamı üçün əlçatan, bərabər keyfiyyətli təhsili təmin etmək və ömür boyu təhsil imkanlarını dəstəkləmək) 4.5-ci hədəfinə (2030-cu ilədək, təhsildə gender zəminində bərabərsizlikləri aradan qaldırmaq və həssas qruplar, o cümlədən əlilliyi olan şəxslər, aborigen əhali və həssas qruplara daxil olan uşaqlar üçün bütün səviyyələrdə təhsilə və peşə-ixtisas hazırlığına bərabər çıxış imkanını təmin etmək) töhfə verəcək.
Layihənin məqsədləri
Ümumi məqsəd |
|
Xüsusi məqsədlər |
|
Gözlənilən nəticələr
- İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi (İƏİM) və xüsusi təhsil müəssisələri arasında əməkdaşlıq mexanizmi yaradılır;
- Təhsil proqramı (kurrikulum) sağlamlıq imkanları məhdud gənclərin ehtiyaclarına uyğunlaşdırılır və tətbiq olunur;
- Əlilliyi olan işsiz böyüklərin və sağlamlıq imkanları məhdud gənclərin ənənəvi incəsənət və sənətkarlıq sahəsində peşə təhsilinə çıxış imkanı yaradılır;
- Təlimçi-ustaları inklüziv peşə təhsilinə hazırlamaq məqsədilə onlar üçün “Təlimçilərin təlimi” təşkil olunur;
- Ənənəvi incəsənət və sənətkarlıq proqramının məzunlarının bacarıqları və əmək bazarına uyğunluqları artırılır;
- Aİ-nin inklüziv təhsil sahəsində nümunəvi təcrübələri barədə məlumatlılıq artır.
Layihənin nailiyyətləri
- Xüsusi məktəblərlə və İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi ilə əməkdaşlıq sxemi qurulub
- Hər bir maraqlı tərəfin rol və vəzifələri müəyyən edilib; Birgə fəaliyyət planı hazırlanıb.
- Dərs cədvəli əlilliyi olan gənclərin ehtiyaclarına görə uyğunlaşdırılıb və həyata keçirilib
- Taxta işi və dulusçuluq /dekorativ həll proqramlarını əhatə edən 6 aylıq və birillik kurikulumlar, eləcə də 6 tədris modulu sınaqdan keçirilib;
- Sadə Muncuq və Polimer Gildən Suvenirlər, eləcə də Batika və Vitraj üsulu ilə Sadə Suvenirlər istiqamətinin hər biri üzrə 6 aylıq kurikulum və 5 tədris modulu sınaqdan keçirilib;
- Əlilliyi olan işsiz yetkinlər və gənclərin ənənəvi incəsənət üzrə peşə təhsilinə çıxışı təmin edilib · Tikinti prosesi başa çatıb;
- Bütün avadanlıq, materiallar və alətlər alınıb; İşlərin plana uyğun kefiyyətli görülməsi üçün komanda yığılıb;
- Həftəlik təlimçilər, gənclər və valideynlərlə onlayn məsləhətləşmələr aparılır; · Əlilliyi olan və olmayan tələbələrin, ilk hissə üçün kursa qeydiyyatı başa çatıb. Sentyabrda əlilliyi olan və olmayan tələbələrin ikinci hissəsi fevraldan kursa cəlb olunub.
- İnklüziv peşə təhsili tədrisinə hazırlıq üçün təlimçilərin təlimləndirilməsi təşkil edilib.
- Məzunların ənənəvi incəsənət üzrə bacarıqları və məşğulluğu artır
- Tələbələrin ilk qrupu - əlilliyi olan 26 tələbə və əlilliyi olmayan 40 tələbə 6 inklüziv peşə sənəti üzrə qruplara bölünüb. (Dulusçuluq və dekorativ həll üzrə iki qrup, Taxta sənətkarlıq üzrə iki qrup;
- Muncuq və Polimer Gildən hazırlanmış sadə suvenirlər üzrə bir qrup və Batik və Vitraj üsulu ilə sadə suvenirlər üzrə bir qrup) və online praktiki məşğələləri davam edirlər.
- Tələbələrin ikinci qrupu - əlilliyi olan 19 tələbə və əlilliyi olmayan 25 tələbə 4 inklüziv peşə sənəti üzrə qruplara bölünüb. (Dulusçuluq və dekorativ həll üzrə bir qrup; Batik və Muncuq üsulu ilə hazırlanmış sadə suvenirlər üzrə bir qrup; Vitraj və Batik üsulu ilə sadə suvenirlər üzrə bir qrup; Polimer Gildən və Vitraj üsulu ilə hazırlanmış sadə suvenirlər üzrə bir qrup)