Alessandra Rokkasalvo 2023-cü ilin oktyabr ayından etibarən BMT-nin İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı rezident-nümayəndəsinin səlahiyyətlərini icra etməyə başlamışdır və 2024-cü ilin avqust ayında rezident-nümayəndə vəzifəsinə təyin olunmuşdur.
Bundan öncə xanım Rokkasalvo BMT Baş Katibinin ofisi adından “Spotlight” təşəbbüsü fondunun idarə heyətinin rəhbəri vəzifəsində çalışıb.
O, 2014-2019-cu illərdə BMTİP-nın Kosovodakı ofisinə rəhbərlik edib. Bundan əvvəl isə BMTİP-nın qlobal miqyasda dəyişiklik proseslərini sürətləndirən daxili idarəetmə konsultasiyası komandasının üzvü olub. Xanım Rokkasalvo BMTİP-yə 2005-ci ildə BMTİP-nın İndoneziyadakı Nümayəndəliyinin sunami sonrası bərpa portfeli üzərində çalışan proqram rəhbəri kimi qoşulub. Bununla yanaşı, o, bir neçə dəfə Əfqanıstan və Sudanda SURGE məsləhətçisi kimi xidmət edib. Xanım Rokkasalvo öz karyerasına Almaniya və Hindistanda fəaliyyət göstərən “McKinsey & Company” şirkətində başlayıb.
Xanım Rokkasalvo London İqtisadiyyat Məktəbinin “İnkişaf tədqiqatları” ixtisası, o cümlədən Tübingen Universiteti və Sent-Endryus Universitetinin “İqtisadiyyat” və “Tarix” ixtisasları üzrə magistr təhsili alıb.