Avropa İttifaqı və BMTİP iqlim dəyişikliyi ilə mübarizə aparmaqda davam edirlər

Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatinın İnkişaf Proqramı, Respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Yaşıl İqlim Fondu gənc nəsli iqlim dəyişikliyi fəaliyyətinə təşviq edirlər

18 April 2023

Avropa ittifaqı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, və Heydər Əliyev adına Müasir Təhsil Kompleksi tərəfindən iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma tədbirləri üzrə məktəb simpoziumu təşkil edildi. Bu simpozium BMTİP tərəfindən tətbiq edilən “EU4Climate”, hansı ki, Aİ tərəfindən maliyyələşdirilir və Yaşıl İqlim Fondu tərəfindən maliyyələşdirilən “Milli Uyğunlaşma Planı” layihələrinin çərçivəsində həyata keçirilib. Burada yuxarı sinif şagirdlərinə iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma tədbirləri ilə bağlı tədqiqat layihələrini nümayiş etdirmək üçün bir platforma təqdim edildi.

Simpozium ekoloji problemlər barədə məlumatlılığın artırılmasına yönəlmişdir. Həmçinin, bu tədbir gənc oğlanlar və qızlar iqlim dəyişikliyinin təsirlərini azaltmaq və onlara uyğunlaşmaq üçün effektiv tədbirlər vasitəsilə həll yollarının tapılmasına dair bir nümünədir.

Simpoziumda təşkilatçıların rəsmiləri, "Gələcək Burada Başlayır" mövzusunda məktəb müsabiqəsinin iştirakçılarının hazırladığı layihələr ilə ətraflı tanış olublar. Müsabiqədə 13 məktəblərində təhsil alan yüzə yaxın məktəbli iştirak edib. Yuxarı sinif şagirdləri, iqlim dəyişikliyi ilə əlaqəli problemlərini ardan qaldırmaq üçün yeni həll yolları tapmaqda maraqlı olduqlarını bildirdilər və asanlıqla həyata keçirilə bilən və idarə edilə bilən müxtəlif layihələr təqdim etdilər.

Ümumilikdə, iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma tədbirləri üzrə məktəb simpoziumu bir sıra nailiyyətlərə çatdı. Tədbir sayəsində, gənc nəsli, ətraf mühiti və yaşadığımız planeti qorumağa təşviq etməyi bacardıq.

“Artıq 2-ci ildir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin səyi nəticəsində təhsil müəssisələrinin bu prosesdə aktiv iştirakı bizə qarşıya qoyulmuş məqsədlərə çatacağımıza ümid yaradır,” cənab Muxtar Babayev, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri, bildirib. 

“Avropa İttifaqı, iqlim neytrallığı və davamlı inkişafın təşviqi, inklüziv "yaşıl" və dairəvi iqtisadiyyat növlərinə keçid, ekosistemlərin və təbii sərvətlərin qorunması və davamlı istifadəsi, həmçinin qlobal ümumi malların qorunması üzrə beynəlxalq əməkdaşlığa böyük önəm verir. “EU4Climate” Proqramı çərçivəsində Azərbaycan hökuməti ilə tərəfdaşlıq edən Avropa İttifaqı, ölkənin Paris Sazişinin şərtlərinə uyğun olaraq atdığı addımları dəstəkləyir. Azərbaycanın milli səviyyədə müəyyən edilmiş öhdəliklərini yeniləmək və təkmilləşdirmək qərarı, aşağı emissiyalı və iqlimə davamlı müqavimətli addımların milli inkişaf planına inteqrasiya edilməsi üçün milli potensial yaratmaq təşəbbüsü, habelə iqlim dəyişikliyi qanunvericiliyini Avropa İttifaqı standartlarına uyğun planlaşdırılması Ai tərəfindən dəstləklənir", deyə Avropa İttifaqının Azərbaycandakı səfiri, cənab Piter Mixalko bildirib.

BMTİP-in Azərbaycandakı Rezident nümayəndəsinin səlahiyyətlərini icra edən cənab Nuno Queirós öz çıxışında deyib: "İqlim dəyişikliyinin qarşısını almaq məqsədi ilə aparılan fəaliyyətin, keçid və yaşıl iqtisadiyyatın prinsiplərinin planlama işlərinə cavab olaraq görülən stimullaşdırıcı tədbirlərə inteqrasiyası, eləcə də milli və submilli siyasət və investisiyalara inteqrasiyası, aşağı emissiyalı və dayanıqlı cəmiyyət üçün zəmin yarada bilər." 

İntellektual oyundan dərhal sonra, tərəfdaş təşkilatların nümayəndələri, həm "Gələcək Burada Başlayır" məktəb müsabiqəsinin, həm də viktorinanın qaliblərinə mükafatlar təqdim etdilər.

Media contact 

Vüsalə Abbasova, BMTİP Azerbaijan, +995 505 37 39, vusala.abbasova@undp.org