BMTİP Azərbaycanda dövlət qulluqçuları üçün İqlim Dəyişikliyinə Uyğunlaşma üzrə rəhbər səviyyəli kursların birinci mərhələsini uğurla başa çatdırıb

14 June 2024

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Ölkə Ofisi tərəfindən həyata keçirilən və Yaşıl İqlim Fondu tərəfindən maliyyələşdirilən Milli Uyğunlaşma Planı (MUP) layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tərəfdaşlığı ilə dövlət qulluqçuları üçün İqlim Dəyişikliyinə Uyğunlaşma üzrə rəhbər səviyyəli kursların birinci mərhələsi uğurla başa çatıb.

BAKI. 12 iyun, 2024: Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Ölkə Ofisi tərəfindən həyata keçirilən və Yaşıl İqlim Fondu tərəfindən maliyyələşdirilən “Milli Uyğunlaşma Planına dəstək” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tərəfdaşlığı ilə dövlət qulluqçuları üçün iqlim dəyişikliyinə uyğunlaşma üzrə rəhbər səviyyəli kursların birinci mərhələsi uğurla başa çatıb. 

Kurslar “İqlim dəyişikliyinə necə uyğunlaşmalıyıq?” kimi kritik mövzuları əhatə edib və müvafiq dövlət qulluqçularının qarşıda duran problemləri həll etmək üçün lazım olan əsas alət və biliklərlərini təkmilləşdirib. İqlim dəyişikliyinə uyğunlaşma üzrə təlim proqramı 6 may-12 iyun 2024-cü il tarixlərində müvafiq dövlət qurumlarından dəvət olunmuş əməkdaşların uğurlu iştirakı ilə keçirilib. 

BMTİP Azərbaycan sertifikatlara layiq görülmüş bütün iştirakçıları təbrik edir və onların Azərbaycanda iqlim fəaliyyətinə və dayanıqlı inkişafa davamlı töhfə verməsini səbirsizliklə gözləyir.