BMTİP-nin Rezident Nümayəndəsi vəzifəsini icra edən cənab Alessandro Frakassettinin Azərbaycanın Naxçıvan Muxtar Respublikasında layihənin təqdimat toplantısında çıxışı

16 April 2019

Fotoşəkil: BMTİP/AMMA, Mirəli Əliyev. Naxçıvan Dövlət Universitetinin tələbələri ilə qrup şəklində çəkdirilən fotoşəkil , 17 aprel 2019-cu il, Naxçıvan, Azərbaycan

Çıxış üçün hazırlanıb

Dayanıqlı inkişaf üçün qadınların səlahiyyətlərinin genişləndirilməsi

Naxçıvan Muxtar Respublikasında və İsmayıllı rayonunda qadınların iqtisadi səlahiyyətlərinin genişləndirilməsinə dəstək

Çərşənbə axşamı günü, 16 aprel 2019-cu il, saat 15:00

Naxçıvan Biznes Mərkəzi

Naxçıvan şəhəri, Azərbaycanın Naxçıvan Muxtar Respublikası

***

Xanımlar və cənablar,

Əziz və hörmətli Səbuhi müəllim! (Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini və Maliyyə naziri)

Əziz və hörtməli nazirlər! (birinci sırada əyləşən nazirlərə müraciət olunur)

Zati-aliləri səfir Kestutis Jankauskas (Aİ Nümayəndə Heyətinin rəhbəri)

Hörmətli cənab Süleyman Kalaşov, Azərbaycan Mikro-maliyyə Assosiasiyasının rəhbəri

Hörmətli cənab Məmməd MUSAYEV (Milli Sahibkarlar Konfederasiyasının Prezidenti, Aqrakredit səhmdar cəmiyyətinin sədri)

Hörmətli Vüqar Abbasov, Naxçıvan Milli Sahibkarlar Konfederasiyasının Prezidenti

Hörmətli xanım  Simona Gatti, Aİ-nin Azərbaycandakı Nümayəndəliyi, Əməkdaşlıq şöbəsinin rəisi                                                                                                                        

Möhtərəm qonaqlar və nümayəndələr!

Hamınızı ürəkdən salamlayıram!

Bu gün, burada, öz gözəl təbiəti, iqlimi və təbii ehtiyatları ilə öyünə bilən və tarixi, mədəni və dini abidələri, ədəbiyyatı və incəsənəti ilə qurur duya bilən Naxçıvanda olmaq çox xoş və böyük şərəfdir. Bu, xoş əhval-ruhiyyənin hökm sürdüyü və həqiqi qonaqpərvərlik ənənələri ilə zəngin olan bir regiondur.

Layihənin bu günkü ilk toplantısında biz – Avropa İttifaqı, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının hökuməti və BMTİP – Dayanıqlı İnkişaf naminə Qadınların Səlahiyyətlərinin Genişləndirilməsinə dəstək göstərən müştərək layihəmizin fəaliyyətə başlamasını qeyd edirik. Bu layihə, Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycanda həyata keçirdiyimiz “Gender məsələlərinin həllində vətəndaş cəmiyyətinin rolunun təşviqi” adlı daha geniş layihənin bir hissəsidir. Bu gün bizim başladığımız bu layihə Azərbaycanın müxtəlif hissələrində həyata keçirilən daha geniş layihə çərçivəsində icra olunan digər 9 layihədən biridir.

Növbəti 12 ay ərzində həyata keçiriləcək “Dayanıqlı İnkişaf naminə Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi” layihəsində Azərbaycanın Naxçıvan Muxtar Respublikasının 6 regionunda (Şahbuz, Ordubad, Culfa, Şərur, Kəngərli rayonları və Naxçıvan şəhəri) və İsmayıllı rayonunda kənd icmaları üçün mikro-maliyyə xidmətlərinə qadınların çıxış imkanlarının artırılmasına səy göstəriləcəkdir. Layinənin məqsədi xüsusən də qadınlarda sahibkarlıq fəaliyyəti ilə bağlı zəruri biliklər və maliyyə idarəçiliyi, büdcə planlaşdırması və biznes planın hazırlanması  üzrə vərdişlər aşılamaqla onların hədəf seçilmiş regionlarda sosial-iqtisadi inkişafa təsirini artırmaqda ibarət olacaqdır. Biz belə nəzərdə tuturuq ki, ən azı 400 qadın, o cümlədən əlilliyi olan qadınlar təlim keçəcək, ən azı 50 qadın uğurlu biznes planın necə hazırlanmasına dair peşəkarlardan məsləhət almaq imkanı əldə edəcək və nəhayət, ən azı 50 qadına, o cümlədən əlilliyi olan qadınlara öz biznesinə başlamaq və ya biznesi genişləndirmək imkanı yaradan ilkin vəsait veriləcəkdir.

BMTİP-də biz inanırıq ki, qadınlara öyrənmək, artmaq və öz sahibkarlıq fəaliyyətlərini inkişaf etdirmək üçün yeni imkanların yaradılması ilə ölkələr yoxsulluğu azalda və öz ölkələrindəki iqtisadi vəziyyəti yaxşılaşdıra bilərlər. Qeyd etmək lazımdır ki, qadın sahiblar tərəfindən təklif olunan imkanlar daxili bazarların genişlənməsinə və məşğulluq perspektivlərinin artmasına kömək edir. BMTİP-nin rəhbəri Axim Steinerin iqtisadi sahədə qadınların səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı öz çıxışlarından birində vurğuladığı kimi, “Biz bilirik ki, 2030-cu gündəliyinə nail olunmasında gender bərabərliyi önəmlidir, o, inklüziv artımı sürətləndirən və daha təhlükəsiz və daha firavan dünya üçün təkanverici amildir. Maliyyə baxımından əhatəlilik buna nail olmaq üçün əsas komponentdir”.

Bu inamdan irəli gələrək, BMTİP, Azərbaycanda inkişafla bağlı həyata keçirilən inklüziv tədbirlərin bir işitirakçısı kimi,  diqqətini, ölkəyə iqtisadi və sosial baxımdan faydalı olmaqla iqtisadi sahədə qadınların səlahiyyətlərinin genişləndirilməsinə dəstək göstərən layihələrin icrasına yönəldir. Bizim bu gün başladığımız bu layihə də qlobal, milli və yerli inkişafın sosial, iqtisadi və ətraf-mühitlə bağlı ölçülərinə ardıcıl və vahid yanaşmanı nəzərdə tutan 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyindəki inkişaf məqsədlərinə uyğundur. 2030-cu il Gündəliyinə və Dayanıqlı İnkişaf Məqsədlərinə(DİM-lər) nail olmanın sürətləndirilməsi ilə bağlı Azərbaycanın öz üzərinə götürdüyü öhdəlikdən irəli gələrək, layihə, 4-cü DİM (Keyfiyyətli təhsil), 5-cü DİM (Gender bərabərliyi) və 8-ci DİM-ə (Layiqli əmək və iqtisadi artım) nail olunmasına bilavasitə kömək edəcəkdir.

“Dayanıqlı İnkişaf naminə Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi” layihəsi, iş yerində qadınları təşviq edərək və qərarların qəbul edilməsində qadınları daha geniş iştiraka cəlb edərək, əmək bazarında qadınlar və kişilər üçün bərabər imkanların yaradılmasının vacibliyini vurğulayan 2016-2020-ci illər üçün Azərbaycanın Strateji İnkişaf üzrə Yol Xəritəsindəki və “Azərbaycan 2020: gələcəyə baxış” adlı inkişaf konsepsiyasındakı baxışları təsdiqləyir.

Gender bərabərliyi əsas insan hüququdur və qadınların səlahiyyətlərinin genişləndirilməsi iqtisadi artımın sürətləndirilməsində, sosial vəhdətin gücləndirilməsində və biznes fəaliyyətinin genişləndirilməsində vacib məqamdır. İşçi qüvvələrdə qadınların iştirakı milli artım templərini əhəmiyyətli dərəcədə yüksəldəcək, ölkələrə inkişafla bağlı məqsədlərə nail olmaqda kömək edəcək və ailələrin və icmaların imkanlarını artıracaqdır.

Bu məqamda, mən, xüsusən əhalinin zəif təbəqələrinin sosial-iqtisadi hüquqlarının təşviq olunmasında bizim Avropa İttifaqı ilə uzun müddətdir davam edən əməkdaşlığımızı və vətəndaş cəmiyyəti ilə apardığımız işi ayrıca qeyd etmək istəyirəm. Son 2 ildə (2016-2018-ci illərdə) biz 17 regionda, o cümlədən Bakıda, Sunqayıtda, Şirvanda, Salyanda, Lənkəranda, Xaçmazda, Qubada, Balakəndə, Zaqatalada, Qaxda, Şəkidə, Mingəçevirdə, Oğuzda, Qəbələdə, Göyçayda, Samuxda və Gəncədə insanlara yönələn xeyli sayda layihələr vasitəsilə adi insanların yaşayışını dəyişməyə kömək etmək üçün 12 QHT-yə böyük dəstək göstərmişik. Bu proqramın ilk baxışdan bəzi nəticələrini qeyd etmək istəyirəm:

  • Təxminən yarım milyon insanın sosial, iqtisadi və siyasi hüquqlara dair öz biliklərini artırması, mövcud milli siyasətlər (xüsusən də əlilliyi olan insanlar, qadınlar, məhbuslar və s. kimi zəif əhali qruplarının rifahına aid olanlar), ən əlverişsiz vəziyyətdə olanlar üçün məşğulluq siyasətləri, biznesin inkişaf etdirilmə üsulları və təcrübələri, təşkilati idarəçilik, kampaniya və təbliğat vasitələri, kommunikasiya, monitorinq və qiymətləndirmələr, sosial fəaliyyət və əhaliyə göstərilən sosial xidmətlərin əsasları, məlumatların vizuallaşdırılması və məlumat jurnalistikası.
  • 32 icma səviyyəsində layihələr üçün BMTİP-nin köməyi ilə Avropa İttifaqından kiçik qrantlar alınmışdır.
  • 220 insan, o cümlədən onların ailə üzvləri Aİ-BMTİP-nin birgə dəstəyinin nəticəsi olaraq öz yaşayışlarını yaxşılaşdırmaq imkanı əldə etmişlər.
  • Təxminən 6000 fərd üçün yaşayış şəraiti / ailə təsərrüfatına dəstək yaxşılaşdırılmışdır.
  • Təxminən 3000 fərd ödənişsiz hüquqi yardımdan və psixoloji məsləhətlərin verilməsindən faydalanmışdır. Bura əlilliyi və inkişafla bağlı çətinlikləri olan insanlar, qadınlar və qızlar, məhbuslar və onların ilə üzvləri aiddir.
  • 2000-dən çox insan Aİ və BMTİP tərəfindən keçirilən təlimçilərin təlimlərində iştirak etmişdir.
  • Biz, tərəfdaş olduğumuz vətəndaş cəmiyyəti təşkilatları ilə birgə, bilik aşılayan 84 məhsul, o cümlədən əyani vəsaitlər; köməkçi vasitələr, təlim resursları; monitorinq və qiymətləndirmə standartları hazırlamışıq; və əlavə olaraq
  • zəif əhali qrupları üçün sosial-iqtisadi  və hüquqi təminatların müxtəlif aspektlərinə dair 35 siyasət sənədi və təhlil resurslarının toplusu
  • Bizim yerli tərəfdaşlarınız vasitəsilə işlədiyimiz həbsxanalardan birində, biz, yüzdən çox məhbusa onların ailələri üçün daha dayanıqlı yaşayış qurmaq məqsədilə gəlir gətirə bilən vərdişlər üzrə təlimlər keçmişik. Məhbuslar tərəfindən irəli sürülən doqquz biznes ideyası, o cümlədən tikiş emalatxanası, avtoyuma, taxtadan əl işlərinin hazırlandığı 3 emalatxana, tərəvəz saxlancları üçün dülgərlik emalatxanası, mebel avadanlığı üçün 2 dülgərlik emalatxanası və arıçılıq işi  Aİ və BMTİP-dən maliyyə dəstəyi almışdır.

Bundan əlavə, mən, həmçinin ləyaqətli yaşayış, maliyyə savadı və iqtisadi müstəqillik üçün Azərbaycanın kənd və rayon yerlərində qadınların səlahiyyətlərinin genişləndirilməsinə yönələn Aİ ilə birgə həyata keçirdiyimiz digər bir layihəmiz haqqında bir neçə söz demək istəyirəm. Tək 2 il ərzində biz Biləsuvar, Sabirabad və Neftçalada 900-dən çox qadının öz biznes səriştələrini və təşkilatçılıq bacarıqlarını artırmasına kömək etmişik, eyni zamanda 30-dan çox qadına öz işini qurmaqda kömək etmişik.

Biz bütün proqramlarımızda və layihələrimizdə Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edirik. Xüsusən də Gender məsələlərinin həllində vətəndaş cəmiyyətinin rolunun təşviq olunmasına dair layihə çərçivəsində biz 2 mühüm hökumət təşkilatı – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (gender bərabərliyi ilə bağlı bütün məsələlər üzrə bizim strateji tərəfdaşımız) və DİM-lə bağlı bütün layihələr üzrə bizim əsas tərəfdaşımız olan Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası (DİMƏŞ) ilə birgə işləyirik.

Bundan əlavə, mən, Naxçıvan xalqı ilə əvvəlki fəaliyyətimizə və Naxçıvan hökumətinin dəstəyinə görə də dərin minnətdarlığımı bildirmək istəyirəm. Son 2 onillikdən bir qədər əvvəl, 1997-ci ildə BMTİP və Naxçıvanın hakimiyyət orqanları birgə layihə - Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Planını hazırlamışlar. Planda, digər bəndlərlə yanaşı, NMR-nin hava limanının yenidən inşası, özəl fermer təsərrüfatları təsis etməklə kənd təsərrüfatının inkişaf etdirilməsi, emal sənayesinin yenidən qurulması, iş yerlərinin yaradılması, konkret gəlir yaratma layihəsinin həyata keçirilməsi, kompüter təlim mərkəzinin yaradılması və NMR-in İnternetə qoşulması nəzərdə tutulurdu.

Təxminən eyni ildə, BMTİP, BƏT və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birgə olaraq Naxçıvanda Peşə təlimi və özü-özünə məşğulluq üzrə Proqramı yerinə yetiriblər. Digər bir müştərək layihə çərçivəsində BMTİP və Gənclər və İdman Nazirliyi, Naxçıvanın hakimiyyət orqanlarının dəstəyi ilə 12 – 15 may 2016-cı il tarixlərdə Naxçıvan Dövlət Universitetində Birləşmiş Millətlər Modeli Konfransını təşkil ediblər.

Bu əvvəlki təcrübəyə əsaslanaraq, indi mən ümid edirəm ki, biz, Naxçıvanın hakimiyyət orqanları ilə sıx tərəfdaşlıq şəraitində Naxçıvanda həyata keçirilməli olan daha çox müştərək proqramlara malik olacağıq. Beləliklə, mən, çıxışımı bizim bu sahədəki səylərimizə göstərilən dəstəyə görə Naxçıvan Muxtar Respublikasındakı hökumət tərəfdaşlarımıza və xüsusən də bu layihəyə göstərdiyi böyük dəstəyə görə Naxçıvanın Baş Nazirinin müavini və Maliyyə naziri cənab Səbuhi Məmmədova təşəkkür etməklə bitirmək istəyirəm.

Ən əsası, mən Avropa İttifaqı tərəfindən göstərilən maliyyə dəstəyinə görə öz minnətdarlığımı bildirmək və xüsusən də BMTİP-nin Azərbaycanda həyata keçirdiyi tədbirlərə davamlı dəstəyə görə səfir Kestutis Jankauskasa və onun heyətinə təşəkkür etmək istəyirəm. Nəhayət, mən, belə bir çox faydalı layihədə bizə qoşulduğuna görə Azərbaycan Mikro-maliyyə Assosiasiyasına və onun sədri cənab Kalaşova təşəkkür etmək istəyirəm və növbəti 12 ay ərzində onlara öz işlərində uğurlar arzulayıram.

Çox sağ olun! Minnətdaram!