Çıxış üçün hazırlanıb
Hörmətli cənab Şair Alxazov, Qusar Rayon İcra Hakimiyyətinin başçısı
Hörmətli professor Hicran Hüseynova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Hörmətli Dr. Simone Haerberli, İsveçrə Əməkdaşlıq Agentliyinin Cənubi Qafqaz üzrə regional direktorunun müavini, missiyanın rəhbərinin müavini
Hörmətli canım Mehjabeen Alaraxia, BMT-nin Qadınlar Proqramının mütəxəssisi
Hörmətli xanımlar və cənablar!
Bu gün Qusarda yeni Qadın Resurs Mərkəzinin açılışında sizinlə bir yerdə olmaqdan məmnunuq. Bu sizin doğma şəhərinizdə əlamətdar bir hadisədir və biz ümid edirik, bu, xüsusən buradakı yerli qadınlar üçün onların həyatını dəyişən bir məqam olacaqdır.
Bir il əvvəl, BMTİP, Azərbaycan Hökuməti, bizim etibarlı tərəfdaşımız olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə, kənd və rayon yerlərində yaşayan qadınlar üçün iqtisadi imkanların yaradılmasını məqsəd kimi qarşıya qoyan layihənin icrasına başlayıb. Bu üçillik layihə bizim Birləşmiş Millətlər Təşkilatındakı köməkçi agentliyimiz olan BMT Qadınlar təşkilatı tərəfindən əlaqələndirilir və ona bizim dəyərli tərəfdaşımız olan İsveçrə İnkişaf və Əməkdaşlıq Afentliyi tərəfindən maliyyə dəstəyi göstərilir. Biz bir yerdə Azərbaycanın üç rayonunda – Qusar, Sabirabad və Bakının Xəzər rayonunda bu layihənin icrasına başlamışıq.
Bu layihənin həyata keçirildiyi kimi Qusar rayonunu seçməyimiz sadəcə təsadüf deyildir. Son vaxtlar Qusar xeyli inkişaf edib və regionda turizmin mərkəzinə çevrilib. Bu, xüsusən də bu qadınların və onların müəssisələrinin masa üzərinə çıxardığı yerli məhsullara turistlər tərəfindən tələbatın yüksək olacağını bilərək, qadınların iqtisadi fəaliyyətinin artırılması üçün böyük potensiala malikdir.
Bizim bu gün Qusarda rəsmi açılışını qeyd etdiyimiz bu mərkəz Qusardakı Heydər Əliyev Mərkəzində yerləşir və yeni olsa, faktiki olaraq, o, layihə tədbirlərinin həyata keçirilməyə başlandığı 2019-cu ilin yanvar ayından fəaliyyət göstərir. Bu qısa vaxt ərzində, biz artıq bu müştərək layihə çərçivəsində üzərimizə götürdüyümüz öhdəliyin bir hissəsi kimi bir sıra konkret nəticələr əldə etmişik. Qusarda yerli qadınlar artıq müxtəlif təlim proqramlarından və vərdişlərin inkişaf etdirilməsinə yönələn digər tədbirlərdən faydalanıblar. Onlardan bəziləri artıq öz bizneslərinə başlayaraq ailə büdcələrinə maliyyə baxımından kömək edirlər.
Bu gün bir qədər sonra biz onlardan bəziləri ilə söhbət etmək, onların həyat, biznes uğurları ilə bağlı hekayələrini dinləmək, hətta istəyiniz təqdirdə onların məhsullarını dadmaq imkanına malik olacağıq.
Böyük əminliklə, mən demək istəyirəm ki, bu nəticələrdən heç biri yerli qadınların bu işə məsuliyyətli münasibəti və bütün iştirakçı tərəfdaşlar arasında əməkdaşlıq olmadan mümkün olmaya bilərdi.
Fürsətdən istifadə edərək, mən, Qusarda və digər iki rayonda qadınların səlahiyyətlərinin genişləndirilməsi üzrə bizim fəaliyyətimiz kimi bu prosesin hər bir mərhələsində bizim yanımızda olan əsas tərəfdaşlarımıza təşəkkür etmək istəyirəm. Qusar İcra Hakimiyyətinin başçısı, şəxsən cənab Alxazova bu layihəyə göstərdiyi dəstəyə görə, professor Hicran Hüseynovaya və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə qadınların öz icmalarında aktiv rolunun təşviqində aparıcı mövqenin tutulmasına görə, Dr.Simone Haeberliyə və İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyinə layihəyə lazımi yardım və maliyyə dəstəyinə görə və BMT Qadınlar təşkilatına regional səviyyədə bu layihənin nəticərinə kömək və dəstəyə görə minnətdarlığımı bildirirəm.
Yekunda, mən, Qusarda yenicə təsis olunmuş Qadın Resurs Mərkəzinə və bu layihədə iştirak edən bütün qadınlara göstərdikləri bütün səylərdə uğurlar arzulamaq istəyirəm. Sizin uğurunuz şübhəsiz yerli icmanın rifahına və gələcək illərdə Qusar rayonunun ümumi inkişafına kömək edəcəkdir.
Çox sağ olun!