“Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində həyata keçirilən tədbirlərdə iştirak etməyə Marağın İfadə Olunması üçün Çağırış

30 March 2021

Photo: UNDP Azerbaijan

Çağırışın məqsədi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində həyata keçirilən tədbirlərdə iştirak etməyə maraq göstərən milli vətəndaş cəmiyyəti təşkilatlarını müəyyənləşdirməkdən ibarətdir.

Bu çağırış vasitəsilə seçiləcək VCT-lər layihə çərçivəsində həyata keçirilən aşağıdakı tədbirlərdə iştirak etməyə dəvət olunacaqlar:

  • Potensialla bağlı ehtiyacların qiymətləndirilməsi
  • Təlimlər və vebinarlar
  • Təşkilatlara özəl istiqamətləndirmə (kouçinq) və mentorluq proqramları
  • Şəbəkələrin qurulması üzrə tədbirlər
  • Kiçik qrant proqramları
  • Sosial Sahibkarlıq Platforması fəaliyyətləri

Layihədə iştirak etməyə maraq göstərən bütün vətəndaş cəmiyyəti təşkilatları sənədə əlavə edilən VCT-lər üçün anket-formanı doldurmalıdırlar. Təşkilatın rəhbəri tərəfindən imzalanan niyyət məktubu təşkilatın yuxarıda qeyd olunan layihə tədbirlərində iştirak etməkdə maraqlı olduğunu təsdiqləməlidir.

Müraciətlərə komitə tərəfindən baxılacaq və müraciət edən tərəflərə müvafiq olaraq məlumat veriləcəkdir. Əlavə məlumat tələb olunduğu halda, BMTİP VCT ilə əlaqə saxlaya bilər. VCT öz suallarını 16 aprel 2021-ci yerli vaxtla 18:00-dan gec olmayaraq info.az@undp.org ünvanına göndərə bilər.

Suallara cavablar BMTİP-nin Azərbaycandakı Nümayəndəliyinin İnternet səhifəsində yerləşdiriləcəkdir.

Niyyət məktubu və VCT üçün doldurulmuş anket-sorğu 19 aprel 2021-ci il yerli vaxtla saat 18:00-dan gec olmayaraq info.az@undp.org ünvanına göndərilməlidir.

MÜRACİƏT FORMASI