Sosial problemlərə innovativ biznes həlləri yaratmaq üçün “İdeyalaşdırma” təlim düşərgəsində iştirak etməyə DƏVƏT ELANI

“Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi

10 March 2023

LAYİHƏ BARƏDƏ MƏLUMAT

Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) plüralizmi təşviq edən, dayanıqlı inkişafa və inklüziv artıma töhfə verən dinamik vətəndaş cəmiyyəti mühitinə dəyər verir. Bu qurumlar 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinin icrasına dəstəyin göstərilməsində vətəndaş cəmiyyətinin mühüm rola malik olduğunu təsdiqləyir. Aİ və BMTİP vətəndaş cəmiyyəti təşkilatları (VCT-lər) üçün əlverişli mühiti təşviq edən, siyasətlərin formalaşdırılması, yerli inkişaf və xidmətlərin göstərilməsində VCT-lərin əhəmiyyətli iştirakını təlqin edən, habelə VCT-lərin daxili potensialını gücləndirən bir sıra layihələr vasitəsilə reallaşdırılan uzunmüddətli tərəfdaşlığa malikdir.

Milli inkişaf proseslərində vətəndaş cəmiyyətinin iştirakına dəstəyi davam etdirmək məqsədilə, Aİ və BMTİP “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” adlı üç illik layihəyə başlayıb. Layihə potensialın gücləndirilməsi, sosial sahibkarlığın təşviqi və sosial innovasiyaların stimullaşdırılması yolu ilə vətəndaş cəmiyyətinin inkişafını və artımını sürətləndirmək üçün çoxölçülü cavab tədbiri kimi nəzərdə tutulur.

Layihənin ümumi inkişaf məqsədi Azərbaycanda hərəkətli, dayanıqlı və innovativ vətəndaş cəmiyyəti üçün əlverişli mühitin yaranmasına töhfə verməkdir. Layihənin iki xüsusi məqsədi var:

  1. VCT-lərin siyasətlərin işlənib hazırlanmasında iştirak etmək və yerli inkişafı sürətləndirmək üçün potensialını artırmaq;

  2. Sosial sahibkarlıq və sosial innovasiya üçün əlverişli ekosistem və potensial yaratmaq.

Layihənin məqsədlərinə aşağıdakı gözlənilən nəticələri əldə etməklə nail olunacaq:

  1. VCT-lərin inkişaf məsələləri ilə bağlı siyasətdə iştirakı üçün potensialının gücləndirilməsi.

  2. Regionlarda yerləşən VCT-lərin yerli inkişaf proseslərində iştirakçı kimi ilkin potensialının yaradılması.   

  3. Sosial sahibkarlığın yaradılmasını və inkişafını dəstəkləmək üçün əlverişli ekosistemin və imkanların yaxşılaşdırılması.

  4. Sosial Sahibkarlıq Platformasının yaradılması və təşviq olunması.

Cari çağırış yuxarıda göstərilən 2-ci xüsusi məqsəd və 4-cü gözlənilən nəticəni dəstəkləmək üçün elan edilir.

 

MARAĞIN İFADƏ OLUNMASINA ÇAĞIRIŞIN MƏQSƏDİ

Çağırışın məqsədi sosial sahibkarları, sosial yönümlü biznesləri və vətəndaş cəmiyyəti təşkilatlarını  “IDEATION BOOTCAMP” təlim düşərgəsində iştirak etməyə dəvət etməkdir. Təlim düşərgəsinin məqsədi kreativ düşüncə tərzini təşviq etmək, eləcə də gəlir gətirən və Dayanıqlı İnkişaf Məqsədlərində (DİM-lərdə) (https://azerbaijan.un.org/az/sdgs) təsbit olunmuş problemlərin həllinə kömək edən innovativ biznes ideyaları yaratmaqdır.

NİYƏ QOŞULMALI?

Əgər aşağıdakılarla maraqlanırsınızsa, bizə qoşulun:

  • Sahibkarlıq yanaşması vasitəsilə sosial təsirə səbəb olmaq

  • İş yerlərin yaradılması, innovativ xidmət və məhsulların təqdim edilməsi, inklüzivlik və dayanıqlılığın təşviqi vasitəsilə DİM-lərdə təsbit olunmuş problemləri aradan qaldırmaq üçün həll yolları təqdim etmək

  • Sürətlə inkişaf edən sosial sahibkarlıq sahəsində yeni təcrübələr və anlayışlar əldə etmək

  • İlhamlanmaq və yeni ideyalar bölüşmək

  • DİM-lərdə təsbit olunmuş problemləri aradan qaldırmaq üçün fərqli komandalarda birgə işləmək

  • Yeni dostlar qazanmaq və əlaqələr qurmaq

UYĞUNLUQ MEYARLARI

İştirak etmək hüququ əldə etmək üçün iştirakçılar aşağıdakı meyarlara cavab verməlidir:

  • Azərbaycan Respublikasında fəaliyyət göstərmək

  • milli qanunvericiliyə uyğun olaraq fərdi sahibkar, qeyri-kommersiya təşkilatı və ya məhdud məsuliyyətli cəmiyyət kimi qeydiyyatdan keçmək

  • sosial və ya ekoloji missiyaya malik olmaq

 

MÜRACİƏT ÜÇÜN TƏLƏBLƏR      

Təlim düşərgəsində iştirak etməkdə maraqlı olan bütün sosial sahibkarlar və VCT-lər bu dəvətə əlavə edilən təşkilatın anket formasını və biznes ideyası üzrə formanı doldurmalıdır. Zəhmət olmasa, nəzərə alın ki, 1-dən çox biznes ideyası təqdim edə bilərsiniz. Ərizələrə layihə komitəsi tərəfindən baxılacaq və müvafiq olaraq məlumat veriləcək. Əlavə məlumat tələb olunduqda, BMTİP ərizəçilərlə əlaqə saxlaya bilər. Suallar 3 aprel 2023-cü il tarixindən gec olmayaraq, aşağıdakı e-poçt ünvanına göndərilə bilər: info.az@undp.org.

Anket forması və biznes ideyası üzrə forma 3 aprel 2023-cü il, yerli vaxtla saat 18:00-dan gec olmayaraq, aşağıdakı e-poçt ünvanına göndərilməlidir: info.az@undp.org.

 

Formaları BURADAN endirin!