BMT-nin İnkişaf Proqramı enerji istehlakı sektorlarında enerji səmərəliliyi tədbirlərinin tətbiq edilməsi üzrə maarifləndirmə və təcrübə mübadiləsi keçirir

5 December 2018

Şəkil: BMT-nin İnkişaf Proqramı, Azərbaycan

5 dekabr 2018-ci il – Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Çərçivə Konvensiyası Tərəflərinin 24-cü Konfransında (COP24) iştirak etmək üçün bu həftə Polşanın Katovitsa şəhərində toplaşan dünya liderləri və iqlim dəyişikliyi üzrə mütəxəssislərin iqlim dəyişikliyinin təhlükəli həddə çatdığı təbilini çaldıqları bir vaxtda, Azərbaycanda da istixana qazı emissiyalarına qarşı cavab olaraq, enerji səmərəliliyi tədbirləri haqqında milli məlumat bazası hazırlanır. maarifləndirmə və məlumatlılığın artırılması kampaniyaları keçirilir.

Belə ki, bü gün, Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunmasının sürətləndirilməsinə dəstək göstərmək məqsədi ilə, eləcə də İqlim Dəyişikliyinə dair Paris Sazişinin müddəalarını rəhbər tutaraq, xüsusilə də, iqlim tədbirlərinin həyata keçirilməsi, əlverişli və təmiz enerji, dayanıqlı şəhərlər və icmaların yaradılması istiqamətində, BMT-nin İnkişaf Proqramı (BMTİP) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə mövcud əməkdaşlıq çərçivəsində enerji səmərəliyi və bərpa olunan enerji mənbələrinin təşviqinə dair iki günlük seminara start verir.

Dövlət qurumları, özəl sektor, ekspertlər, elmi institutlar və beynəlxalq təşkilatları bir araya gətirən seminar, enerji səmərəliliyi anlayışını gücləndirmək üçün məlumatlılığın artırılmasına aid səmərəli siyasət və proqramlarla bağlı məlumatların bölüşdürülməsi üçün platforma təklif edir. Növbəti iki gün ərzində, seminar həmçinin, Avropanın və MDB ölkələrinin ən yaxşı beynəlxalq təcrübələrini nəzərə almaqla, Azərbaycanda müxtəlif enerji istehlakı sahələrində bərpa olunan enerji istifadəsinin potensialını araşdıracaqdır. Tədbir iştirakçıları NAMA layihəsinin nəticələrinin gələcəkdə təkrarlanma imkanları, onun əsas nailiyyətləri və mərhələli nəticələri haqqında perspektivlərini bölüşəcəklər.

BMTİP Azərbaycanda istixana qazlarının (İXQ) emissiyalarının azaldılmasında və onun əsas müəssisələrinin enerji səmərəliliyinin artırılması sahəsində ARDNŞ ilə uzun müddətdir ki, əməkdaşlıq edir. Bu dəstək Qlobal Ekoloji Fond (GEF) tərəfindən maliyyələşdirilən Milli Fəaliyyət Planları (NAMA) layihəsi vasitəsilə BMTİP tərəfindən həyata keçirilir. Layihə SOCAR-ın İqlim Dəyişikliyinin Azaldılması strategiyasını həyata keçirmək və İXQ azaldılması tədbirlərini üç istiqamətdə genişləndirməyə kömək edir: tikinti, nəqliyyat və səmt qazlarının yığılması. Üç il əvvəl həyata keçirilməyə başlayan NAMA layihəsi artıq Azərbaycanın İXQ emissiyalarının azaldılması istiqamətində xeyli bilik və uğurlu təcrübə toplamışdır.

Belə ki, birgə fəaliyyətlərin nəticəsində ümumi sahəsi 10,000 m2 olan inzibati ərazi enerji baxımından səmərəli avadanlıq və ekoloji ləvazimatlarla, o cümlədən enerji səmərəli pəncərələr, döşəmə istilik sistemi, havalandırma və istilik izolyasiyası sistemi ilə təchiz edilmişdir. Binalarda aparılmış auditin nəticələri göstərmişdir ki, həyata keçirilmiş tədbirlər binalarda karbon dioksid istixana qazı emissiyalarının iilik həcminin 200 tona endirilməsi və enerji istehlakının 35% azalmasına gətirib çıxarmışdır. Qeyd edək ki, bu binalardan hər il ümumi hesabla 2500 nəfər insanın bəhrələnəcəyi gözlənilir. Eyni zamanda yanacaq sərfiyyatında 10-15% qənaət etməyə imkan yaradan təhlükəsiz və enerji səmərəli nəqliyyat vasitələri Bakıya gətirilərək ildə 1200-ə qədər sürücüyə nəqliyyat vasitələrinin ekoloji cəhətdən səmərəli idarə olunması sahəsində təlimlər keçiriləcəkdir. Bundan əlavə, Siyəzən rayonunun 12-yə yaxın kəndində 2500 nəfər əhalinin yaşadığı təxminən 600 ev təsərrüfatı təmiz qazla təmin ediləcəkdir.

Seminarı giriş sözü ilə açan BMTİP-in Azərbaycan Ofisinin Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandro Frakassetti bildirmişdir ki,  “İqlim dəyişikliyinə qarşı mübarizə tədbirləri həddindən artıq böyük sosial və iqtisadi məna kəsb edir və Dayanıqlı İnkişaf Məqsədlərinə dair 2030-cu ilə qədər olan Yeni Qlobal Gündəliyin  müvəffəqiyyəti üçün əsas şərtdir”. O qeyd etmişdir ki, bu sahədə həyəcan təbili çalınmalıdır və belə olan təqdirdə ölkələr öz gücünü səfərbər etməyə müvəffəq olarsa, bu dünyada 65 milyon yeni iş yerlərinin açılması ilə nəticələnə bilər və bu da dünya iqtisadiyyatı üçün növbəti 12 il ərzində 26 trilyon ABŞ dolları məbləğində birbaşa iqtisadi gəlir deməkdir.

Mətbuatla əlaqə

BMTİP-in Azərbaycan ofisinin kommunikasiya və ictimai əlaqələr üzrə müşaviri Arzu Cəfərli - arzu.jafarli@undp.org