Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək

Layihə barədə qısa məlumat

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı, toxuculuq və dekorativ-tətbiqi sənət sahələrində fəaliyyət göstərən və öz məhsullarını bazara çıxaran ailələrin sayı çoxdur. Lakin təcrübə göstərir ki, bir sıra ailələr iri ticarət şəbəkələri, böyük supermarketlər və s. vasitəsilə öz məhsullarını daha geniş istehlakçı kütləsinə təqdim etməkdə ciddi çətinliklər və maneələrlə üzləşirlər. Məhsulların səmərəli şəkildə paylanılması və satışı ilə əlaqədar digər çətinliklərə istehsalçıların biznes, maliyyə və hüquq sahələrində əsas biliklərə və marketinq bacarıqlarına yiyələnməməsi, məhsulların aşağı keyfiyyətdə olması, lazımi sertifikatla təmin olunmaması və müştərilərin tələblərinə uyğun tərtibat və qablaşdırmada təqdim edilməməsi daxildir. Bu vəziyyət Azərbaycanda ailə təsərrüfatlarının rəqabət qabiliyyətinə və gəlirlərinə mənfi təsir göstərir.

İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda yüksək inkişaf tempinin qorunub saxlanılması, rəqabət qabiliyyətinin artırılması, şəhərlərlə regionlar arasında mövcud fərqlərin azaldılması, ixrac imkanlarının genişləndirilməsi və regional inkişafa investisiya qoyuluşu məsələləri çoxdandır ki, Azərbaycan hökumətinin gündəliyində yer alır və "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası qəbul edildikdən sonra bu məsələlər daha da aktuallaşıb. İnkişaf Konsepsiyasında qeyri-neft sənayesinin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edən bir sahə kimi kənd təsərrüfatı məhsullarının emalına ayrıca diqqət ayırmaq, müasir texnologiyalardan istifadə etməklə aqrar-sənaye təsərrüfatlarının məhsuldarlığının artırılması istiqamətində kompleks tədbirlər həyata keçirmək və yeni təsərrüfatlar yaratmaq kimi hədəflər müəyyənləşdirilmişdir.

Bu hədəfləri rəhbər tutaraq qeyri-neft sektorunun inkişafını stimullaşdırmaq, milli iqtisadiyyatın şaxələndirilməsinə nail olmaq, regionların sürətli inkişafı üzrə tədbirləri davam etdirmək və kənd yerlərində infrastruktur və sosial xidmətləri təkmilləşdirmək məqsədilə 2014-cü ilin fevral ayında “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir. Proqram regionlarda zəruri infrastrukturun yaradılmasını, ixracyönümlü və rəqabətqabiliyyətli məhsullar istehsal etmək üçün sahibkarlığın inkişafının sürətləndirilməsini, kənd yerlərində əhalinin məşğulluq səviyyəsinin artırılmasını və yoxsulluq səviyyəsinin minimuma endirilməsini nəzərdə tutur.

Azərbaycan Dövlət Statistika Komitəsinin açıqladığı ən son statistikaya (2016-cı il) görə, ölkədə qeydiyyata alınmış kiçik sahibkarların (fiziki və hüquqi şəxslərin) yalnız 6%-i Şəki-Zaqatala iqtisadi zonasının payına düşür. Ümumi gəlirlərdə qadınların payı 52% olmaqla üstünlük təşkil edir. Buna baxmayaraq, sahibkar kişilər (5.4%) ilə sahibkar qadınlar (0.7%) tərəfindən əldə olunan gəlirlərdə ciddi fərq mövcuddur.

2015-ci ildə dövlət tərəfindən qeydiyyata alınmış işsizlərin sayı 803 nəfər təşkil etsə də, real göstəricilərin daha yüksək olduğu iddia edilir. Yerli qeyri-hökumət təşkilatlarının sözlərinə görə, əlverişli biznes mühitinə və müxtəlif sektorlarda dövlət dəstəyinə baxmayaraq, Şəki-Zaqatala iqtisadi zonasının iqtisadiyyatı ailə təsərrüfatlarının inkişafı ilə bağlı məsələlər də daxil olmaqla bir sıra ciddi çətinliklərlə üz-üzədir.

Bir çox təsərrüfat sahibləri məhsulları yüksək keyfiyyətlə istehsal etmək və səmərəli şəkildə bazara çıxarmaq, həmçinin maliyyə xidmətlərindən faydalanmaq üçün tələb olunan biliklərə, peşəkar bacarıqlara və texniki avadanlıqlara malik deyillər. Dünya Bankının 2016-cı ilin mayında dərc olunmuş "Azərbaycanda maliyyə potensialının və inklüzivliyinin gücləndirilməsi" başlıqlı məruzəsinə əsasən, ölkədə ailə təsərrüfatlarının maliyyə inklüzivliyi üzrə ən aşağı göstərici- 32,3% Şəki-Zaqatala iqtisadi zonasında qeydə alınmışdır. Həmçinin, gəlirlərin aşağı olması bu təsərrüfatlara, səmərəliliyi artırmaq üçün innovasiyalar və yeni üsullar tətbiq etməyə imkan vermir. Nəticədə, ailə təsərrüfatları tənəzzülə uğrayır, işsizlik səviyyəsi artır və əhali, xüsusilə də gənclər şəhər yerlərinə miqrasiya etməyə başlayır.

Yuxarıda aparılan təhlilə əsaslanmaqla, Balakən rayonunu diqqət mərkəzində saxlayaraq Şəki-Zaqatala iqtisadi zonasında tədbirlər həyata keçiriləcək.

Layihə Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonlarını əhatə etməklə "Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi"nə uyğun həyata keçiriləcək və 8-ci dayanıqlı inkişaf məqsədinin - "İnklüziv və dayanıqlı iqtisadi artımın, hamı üçün səmərəli məşğulluq və layiqli əməyin təşviqi"nin reallaşmasına öz töhfəsini verəcək, dayanıqlı, inklüziv və uzunmüddətli iqtisadi artıma və hamı üçün səmərəli məşğulluq, birgə rifah və layiqli əməyin təşviqinə imkan yaradacaq, həmçinin dayanıqlı kənd təsərrüfatının təşviqinə kömək edəcək.

 

Layihənin məqsədləri

Ümumi məqsəd

  • Kənd yerlərində müasir və dayanıqlı ailə təsərrüfatlarının yaranması üçün imkanları gücləndirməklə və Avropa standartlarına və təcrübəsinə uyğun şəkildə bərabər imkanlar və inklüzivliyi təmin etməklə Azərbaycanda regionların sosial-iqtisadi inkişafına töhfə vermək.

Xüsusi məqsədlər

  • Şəki-Zaqatala iqtisadi zonasında əlavə dəyərə malik yüksək keyfiyyətli və rəqabət qabiliyyətli məhsulların istehsalı üçün yerli ailə təsərrüfatlarını dəstəkləmək.
  • Şəki-Zaqatala iqtisadi zonasında yerli ailə təsərrüfatlarının və kənd yerlərində sahibkarlığın inkişafına, iqtisadi dirçəlişə və iş yerlərinin yaradılmasına mane olan problemləri həll etmək.

 

Gözlənilən nəticələr

· İlkin təcrübə məqsədilə ailələr seçiləcək, onlara təlim keçiriləcək və lazımi avadanlıqlar təqdim olunacaq.

· İstehsal hazırlığı və satış öncəsi fəaliyyət sistemi yaradılacaq.

· Ailə markaları yaradılacaq.

· Məhsulların istehsalı və satışı prosesi təşkil ediləcək

 

Layihənin nailiyyətləri

2017-ci il:

  • Layihə sənədi imzalanıb

2018-ci il:

  • Layihə çərçivəsində 30 ailənin cəlb olunması nəzərdə tutulsa da, əlavə 14 ailəni qeydiyyata almaq mümkün oldu. Nəticədə “ABAD”a qoşulan ailələrin ümumi sayı 44 olmuşdur. Bundan başqa, layihə zamanı seçilmiş 44 ailə içərisindən 12 məcburi köçkün ailəsinə yardım göstərməklə bu cür həssas şəraitdə olan ailələrin yaşayış imkanları yaxşılaşdırılacaq;
  • Seçilmiş ailələrin 66%-i əl işlərinin hazırlanmasına, 34%-i isə ərzaq məhsullarının istehsalına cəlb olunacaq.
  • Seçilən ailələrə və "ABAD" əməkdaşlarına bilik və bacarıqların artırılması ilə bağlı 13 təlim keçirilmişdir. Təlimlərin nəticəsində iştirakçılar kiçik və orta biznesin inkişafı, məhsulların sertifikatlaşdırılması və monitorinqi, qablaşdırma və logistika, brendinq və satış, kiçik və orta ölçülü biznes üzrə beynəlxalq ticarət, beynəlxalq kommunikasiya, korrupsiyaya qarşı mübarizə, dürüstlük və gender bərabərliyi məsələlərinə dair biliklərə yiyələndilər.
  • Bazar tələbatına uyğun məhsullar istehsal edə bilmələri üçün kiçik ölçülü avadanlıqlar və istehsal qurğuları ilə təmin etmək məqsədilə layihə çərçivəsində seçilmiş ailələr avadanlıqlarla təchiz olundu. Beləliklə, 44 ailədən 22-nin avadanlıqlarla təmin olunması nəticəsində layihənin ilk mərhələsində ailələrin avadanlıqlara tələbatının 50%-i qarşılandı.
  • Layihənin aparıcı eksperti istehsal hazırlığı və satış öncəsi fəaliyyət sisteminin yaradılması üçün hər bir ailə qrupunun ehtiyac və tələblərinə uyğun maliyyə və istehsal planları hazırladı.

2019-ci il:

  • Layihə çərçivəsində bütün texnoloji avadanlıqlarla iş üzrə təlimlər başa çatdırıldı. Təlimlər nəticəsində gələcək sahibkarlar təqdim olunmuş avadanlıqlardan istifadə etmək və istehsala başlamaq bacarıqları əldə etdilər.
  • Ailələrin vergi orqanlarında qeydiyyatı davam edir;
  • Avqustdan sentyabra qədər "ABAD" əməkdaşları və bəzi ailələr üçün beynəlxalq mütəxəssis tərəfindən HACCP (məhsulun istehsal proseslərində qida ilə bağlı təhlükələrin qarşısını almaq üçün sistemli profilaktik yanaşma) risklərin təhlili və kritik nəzarət nöqtələri üzrə təlim keçirilir.
  • Xorvatiya Respublikasında Xorvatiya Ticarət və Sənətlər Palatasına səfərin təşkilinə dəstək ("ABAD" nümayəndələri və Layihə qrupunun iştirakı ilə). Bu səfər ailə təsərrüfatının inkişafı üzrə Avropa təcrübəsi ilə tanış olmaq, ərzaq məhsulları və sənətkarlıq məmulatları istehsal edən bir neçə kiçik istehsalçı ilə görüşmək, texniki mövzular və satış kanallarını müzakirə etmək məqsədi daşıyır. Əsas fəaliyyət istiqamətlərinə kənd təsərrüfatı məhsulları üçün əlavə dəyərin yaradılması və sənətkarlıq məmulatlarının, həmçinin digər əl işlərinin hazırlanması daxildir;
  • Sentyabr ayından oktyabr ayına qədər ilk məhsullar istehsal olunacaq.

 

Impact

START DATE

November 2017

END DATE

March 2021

STATUS

Completed

PROJECT OFFICE

Azerbaijan

IMPLEMENTING PARTNER

AZE-State Agy for Pub. Service

DONORS

AZE-GOVERNMENT

EUROPEAN COMMISSION

UNITED NATIONS DEVELOPMENT PROGRAMME

TOTAL CONTRIBUTIONS

$1,182,058

DELIVERY IN PREVIOUS YEARS

2017$0

2018$414,583

2019$321,457

2020$233,186

2021$57,293

Full Project information