Çıxış üçün hazırlandığı kimi dərc olunub
HÖRMƏTLİ İntiqam müəllim (Gənclər və İdman Nazirinin müavini cənab İntiqam Babayev)
HÖRMƏTLİ Tahir müəllim (Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı)
Dəyərli qonaqlar,
Hörmətli gənc nümayəndələr,
Xanımlar və cənablar,
Sizin hamınızı, elm, texnologiya və incəsənətin ahəngdar şəkildə birgə mövcud olduğu, tarixin hiss ediliyi və müasir dövrlə müşayiət olunan bu heyranedici Şamaxı şəhərində, Pirqulunun mərkəzində görməkdən çox məmnunam. Bizim burada Şamaxıda toplaşmağımızın digər bir əlamətdar tərəfi odur ki, bu şəhər Azərbaycanda 2019-cu il üçün gənclər paytaxtı elan olunmuşdur, bu da tədbiri daha mühüm və təsirli edir.
İlk olaraq və hər şeydən əvvəl, növbəti 4 gün davam edəcək üçüncü BMT Modeli Yay Məktəbində iştirak etmək üçün seçilməyiniz və sizə nümayəndə qismində iştirak etmək imkanının verilməsi münasibətilə sizin hamınızı təbrik edim. Xüsusən də bu gün burada xeyli sayda tanış simaları - əvvəlki BMT Modeli layihələrində iştirak edənləri və bu ilki yay məktəbinə də qoşulmağa qərar verənləri görmək çox xoşdur. Məhz, bu, BMT Modeli kimi unikal platformaların sizdə nə qədər böyük maraq doğurduğundan xəbər verir. Bütün bu həvəsli və öyrənməyə çalışan simaları görmək gənclərin BMT-nin fəaliyyətində aktiv iştirakının və buna marağının digər bir sübutudur.
BMTİP olaraq, biz, gənclərə yaradılan imkanları daha da genişləndirmək üçün Hökumətlə yanaşı addımlamaqdan məmnunuq. Bu illər ərzində, biz, Gənclər və İdman Nazirliyi ilə birgə, iki milli BMT Modeli Konfransı, Naxçıvanda BMT Modeli Konfransı, İsmayıllıda və Daşkəsəndə iki BMT Modeli Yay Məktəbi təşkil etmişik və fəxrlə onu da əlavə edim ki, universitetlərdə fəaliyyət göstərən müxtəlif BMT Modeli Klublarında aktiv gənclər tərəfindən universitet səviyyəsində təşkil edilən dərin təəssürat doğuran bir sıra BMT Modeli konfranslarına uğurla dəstək göstərmişik. Gənclər və İdman Nazirliyi ilə müştərək layihələrimiz çərçivəsində, biz, Azərbaycanda xeyli sayda gənc perspektivli diplomatların müxtəlif BMT Modeli Konfranslarında, o cümlədən Roma BMT Modeli Konfransında, Vyetnam BMT Modeli Konfransında, Paris BMT Modeli Konfransında və Avrasiya BMT Modeli Konfransında iştirakına dəstək göstərmişik.
BMT Modeli Birləşmiş Millətlər Təşkilatı, onun prosedurları və qaydaları haqqında daha çox məlumat əldə, ictimai natiqlik, ünsiyyət, rəsmi yazışma və qrup şəklində işləmə vərdişlərini inkişaf etdirmək, beynəlxalq münasibətlərin necə qurulduğunu və diplomatiyanın necə səylər tələb etdiyini müşahidə etmək üçün böyük bir imkandır.
Biz BMTİP-də inkişafla bağlı fəaliyyətimizdə gənclərin iştirakına böyük önəm veririk. Siz BMT diplomatı rolunda iştirak etmək üçün burada olduğunuzdan, mən nəzərinizə çatdırıram ki, 2015-ci ildə dünya ölkələri bu günün ən təxirəsalınmaz problemlərinin öhdəsindən gəlmək üçün vahid məqsədyönlü bir fəaliyyət naminə bir araya gəlmişlər. Məhz beləcə 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyi və onunla birgə 17 Dayanıqlı İnkişaf Məqsədi – və ya sadəcə DİM-lər masa üzərinə gətirilmişdir.
Mən sizə bir məqamı da bildirmək istəyirəm ki, məhz ilk gündən bizim fikrimiz bu yolda sizinlə birgə və sizin üçün çalışmaq olub. Həqiqətən gənclər bu yeni qlobal 2030-cu il Gündəliyinin formalaşmasında mühüm rol oynamışlar. DİM-lərin qəbul edilməsinə qədər günlər və aylar ərzində gənclərin birlikləri ilə xeyli sayda siyasi məsləhətləşmələr aparılmışdır. Biz sizin kimi insanlara – gənclərə, dünyanı dəyişməyə can atan və bizim BMTİP-də dediyimiz kimi – # HACKTHELIMITS-ə müraciət etmişik. Sizin fikrinizcə nə üçün hamımız üçün daha yaxşı gələcəyin qurulmasına gəncləri cəlb etməyi vacib hesab etmişik? Səbəb odur ki, biz sizin öz dəstəyinizi başa düşəcəyinizi bilirik: siz DİM-lərdə həll edilməsi məqsəd kimi qarşıya qoyulan bir çox məsələlərdə bilavasitə təcrübəyə maliksiniz.
BMTİP-nin rəhbəri Axim Steynerin dediyi kimi: “Gənclər DİM-lərə nail olunmasında bizim böyük müttəfiqlərimiz və ümumi qlobal problemlərimizin həllində ən böyük ümidimizdir”.
Azərbaycanda 14 – 29 yaşlarında gənclər əhalinin üçdə bir hissəsini təşkil edir. Onların yarısı kənd ərazilərində yaşayır. Biz onların fəaliyyət göstərmələri, qurub yaratmaları, birgə səy göstərmələri üçün obyektivliyi və platformanı təmin etməliyik.
Bu məqsəd üçün tərəfdaşlıq ruhunda, biz, Gənclər və İdman Nazirliyi ilə birgə, Azərbaycanda ilk olaraq Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlər qrupunun yaradılması ilə bağlı təşəbbüsü həyata keçirməyə başlamışıq. 2018-ci ildə, biz, Azərbaycanda ilk dəfə - hər biri bir seçilmiş DİM-i təmsil və təşviq etməklə - 17 gənc səfir qrupunu təsis etmişik. Onların hamısı müxtəlif təcrübə və təhsilə malikdirlər, onlar tibb, iqtisadiyyat, biznes idarəçiliyi, jurnalistika, beynəlxalq münasibətlər və ətraf-mühitlə bağlı elmlər kimi müxtəlif sahələr üzrə məzunlardır və onlar könüllü əsaslarla növbəti iki il üçün Azərbaycanın DİM-lər üzrə ilk Gənc Səfirləri qismində fəaliyyət göstərəcəklər.
Onların əsas məqsədlərinə Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin təşviq olunması, gəncləri DİM-lərə nail olma istiqamətində fəaliyyətdə iştiraka həvəsləndirmə, yerli, milli və beynəlxalq miqyaslarda həyata keçirilən təbdirlər barədə informasiyanı yayımlama, habelə bütün müvafiq maraqlı tərəflərə onların fəaliyyətində dəstək göstərmə aiddir. Mən ümid edirəm ki, növbəti günlərdə və həftələrdə siz DİM-lər üzrə bu Səfirlərlə tanış olmaq imkanı əldə edəcəksiniz və fikir mübadiləsi aparmaq, öyrənmək və inkişafın necə getməli olduğuna dair fərqli perspektiv təklif etmək üçün şəbəkə yaratmaq iqtidarında olacaqsınız. Bu baxımdan, biz hamımız sizin ruh yüksəkliyinizdən və ideyalarınızdan yararlana bilərik.
Bu gün 3-cü BMT Modeli Yay Məktəbi 100-dən çox gənc iştirakçını bir araya toplamışdır. Mən ümid edirəm necə mən bu gün bu qədər gənc həvəsli insanı bir otaqda görməkdən həyəcanlı olduğum kimi siz də BMT diplomatının həyatını yaşayacağınız bu maraqlı səfərə başlamağı səbirsizliklə gözləyirsiniz! Hədsiz gərgin olacaq növbəti 4 gün, lakin mənim fikrimcə həm də faydalı və həyəcan dolu bu günlər ərzində sizin bəziləriniz nümayəndə qismində fəaliyyət göstərəcəksiniz, bəziləriniz BMT komitələrinin sədrləri və rəhbərləri kimi rollar alacaqsınız və eyni zamanda gəlin bu yay məktəbinin maneəsiz keçməsinə dəstək göstərmək üçün burada olan könüllülər qrupunu və təşkilati qrupları unutmayaq. Gəlin onları alqışlayaq, belə ki, onlar, etik, ədalətli qərarlar qəbul etmək və qlobal inkişafa kömək etmək öhdəliyini daşıyan siyasətçilərin və qərar qəbul edənlərin tanış olmayan dünyasına daxil olurlar.
Bu sözlərimə inanın ki, növbəti bir neçə gün ərzində siz son söz – hazırki ticari vəziyyətin qlobal iqtisadiyyata təsiri, tanınmamış və mübahisəli ərazilərdə turizm, III Dünya Müharibəsinin astanasında olma kimi mövzular üzrə həlledici söz deməli olduğunuz vəziyyətlərlə üzləşəcəksiniz.
Turizm haqqında danışarkən, mən, xüsusilə qeyd etmək istəyirəm ki, biz bu gün Azərbaycanda 3-cü BMT Modeli Yay Məktəbini keçirmək üçün Şamaxıda toplaşdığımız vaxtda dünya ölkələri 2019-cu ildə “Turizm və iş yerləri: hamı üçün daha yaxşı gələcək” mövzusuna həsr olunan Ümumdünya Turizm Gününü qeyd edir. BMT-nin proqnozlarına görə, 2020-ci ilədək hər il gənclərin təxminən 300 milyon beynəlxalq səfəri olacaqdır, eyni zamanda siz təəccüblə biləcəksiniz ki, turizm sektorunda digər sahələrə nisbətən daha çox gənc işləyir. Bu mühüm beynəlxalq tarixi qeyd edərkən ümid edirəm komitədəki fəaliyyətiniz zamanı bu aspektlərlə daha sıx şəkildə məşğul olmaq imkanınız olacaq və sonra mən səbirsizliklə sizin bunlar barədə fikirlərinizi eşitmək istəyirəm.
Ürəkdən və humanism, düzlük və ləyaqət hissi ilə həll etmək üçün üzərində gərgin iş aparacağınız bütün bu məsələlər Dayanıqlı İnkişaf üzrə Qlobal Gündəlikdə önəmli yer tutur və bunun üçün sizdən sürətli şəkildə öyrənmək və real dünyadakı problemlərin həll edilməsində öz biliklərinizdən istifadə etmək tələb olunur. Tapşırığın nə qədər çətin olmasından və nələr tələb etməsindən asılı olmayaraq, ümid edirəm siz bu dörd gündən son dərəcə zövq alacaqsınız, öyrənəcəksiniz və bölüşəcəksiniz, belə ki, siz diplomat rolunu oynayacaqsınız. Bu imkandan tam şəkildə yararlanın və ondan mümkün qədər zövq alın. Mən günorta tədbirin sual-cavab bölümündə sizinlə daha yaxından söhbət etmək üçün burada qala bilməyəcək və ona görə sizin suallarınızı indi məmnuniyyətlə tam səmimi şəkildə cavablandırmağa hazıram!
Çox sağ olun!