BMTİP-nin Rezident Nümayəndəsi vəzifəsini icra edən cənab Alessandro Frakassettinin “Dayanıqlı İnkişaf Məqsədləri naminə Gənclər Təşkilatları” mövzusunda konfransda çıxışı

18 May 2019

Foto: NAYORA / Mələk Mirzəyeva-Səlimova. Dayanıqlı İnkişaf Məqsədləri naminə Gənclər mövzusunda konfransdan görüntülər. 18 may 2019-cu il. Bakı, Azərbaycan

Çıxış üçün hazırlanıb

"Dayanıqlı İnkişaf Məqsədləri naminə Gənclər Təşkilatları” mövzusunda konfrans

18 may 2019-cu il, ADA Universiteti

BMTİP-nin Rezident Nümayəndəsi vəzifəsini icra edən cənab Alessandro Fracassettinin çıxışı

***

 Salam, gənclər! (Azərbaycan dilində)

Əsas bəyanatlar

Bu gün burada DİM-lər naminə Gənclərin Təşkilatları mövzusunda keçirilən konfransda sizinlə bir yerdə olmaqdan – gənclərin ölkədə dayanıqlı inkişafa necə kömək edə biləcəyinə dair fikir mübadiləsi aparmaq imkanına malik olmaqdan çox məmnunam. İcazə verin çıxışıma bu tədbirin bütün həm-təşkilatçılarına və tərəfdaşlara, xüsusən də Azərbaycan Respublikasının Gənclər Fonduna, İdman və Gənclər Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Azərbaycan Tələbə Gənclər Təşkilatları Birliyinə və əlbəttə ki, bu günkü tədbirə ev sahibliyi edən ADA Universitetinə təşəkkür etməklə başlayım.

Bizim bu gün təqdim etdiyimiz sorğunun nəticələri onu göstərir ki, informasiyanın əsas mənbəsi həqiqətən Universitetdir. Buna görə də 2030-cu il Gündəliyinə nail olmaqda gənclərin potensialı məsələsini həll etmək üçün bura düz məkandır.

Bu  gün dünyada 10 – 24 yaşlarında 1.8 milyard insan vardır – onlar tarixdə gənclərin ən böyük nəslidir. Azərbaycanda 14 – 29 yaşlarında gənclər əhalinin təxminən üçdə birini təşkil edir. Onların yarısı kənd yerlərində yaşayır. Biz onlara fəaliyyət göstərmək, qurmaq və birgə yaratmaq üçün imkan və platforma yaratmalıyıq.

2030-cu il Gündəliyi səciyyəvi olaraq gəncləri “dəyişikliyin əsas vasitəçiləri” kimi qəbul edir. 2030-cu il Gündəliyinin uğurlu olmasını təmin etmək üçün, biz, gənclərə - sizin hamınıza, gənc fəallara, yaradıcı mütəfəkkirlərə, dəyişikliyi yaradanlara, innovatorlara, vasitəçilərə və icma liderlərinə ehtiyac duyuruq.

Gənc qadınlar və kişilər mühüm və nüfuzlu bir əhali qrupudur. Sizin nəsliniz həm də əvvəlkilərə nisbətən daha çox əlaqəlidi. Bu gün burada sizin kimi gənc innovatorlar dayanıqlı inkişafı təşviq etmək üçün incəsənət, texnologiya, elm və yeni ünsiyyət üsulları ilə iti sosial şüuru birləşdirməklə coğrafi, irqi və mədəni bölgüləri dəf etməkdə mühüm rol oynayıb.

Dünyada gənclərin əhatə olunması, məşğulluğu və səlahiyyətlərinin artırılması ilə bağlı apardığımız işdə,  biz gənclərin tək şəbəkə yaratmaq üçün deyil, eyni zamanda məşğulluq, vərdişlərin inkişaf etdirilməsi və səlahiyyətlərin artırılmasında da rəqəmsal platformalardan necə istifadə etdiyini görürük.

Afrikada, BMTİP, indi vərdişlərin inkişaf etdirilməsinə dəstək göstərərək və gəncləri yerli və milli dialoqlara cəlb edərək, gənc insanları məşğulluq və sahibkarlıqla məşğul olma imkanları ilə əlaqələndirmək üçün İKT vasitələrindən istifadə olunan “Gəncləri Əlaqələndirmə Təşəbbüsü” layihəsini genişləndirmək istiqamətində çalışır. Tacikistan, BMT Könüllüləri, Ağa Xan Fondu və digər tərəfdaşlar və gənclərin yerli QHT-ləri, BMTİP ilə birgə, gənclərə biznes sahəsində bir sıra təlimlərin keçirildiyi “Start-up Çayxana” adlanan layihəyə dəstək göstərir. Qırğızıstanda, Narın regionunda Ərazinin hərtərəfli inkişafı Proqramı gənclərə kiçik sahibkarlıq sahəsində aktiv olmaq üçün dəstək göstərmişdir. Serbiyada BMTİP proqramı yerli hökumətlərin etnik qruplar arasında gərginlikləri və münaqişə riskini azaltmaq imkanlarının artırılmasına kömək etmişdir (Serbiyanın cənub hissəsinə gənc insanların sosial əhatliliyi).

Tövsiyələr:

Bu məsləhətləşmələrin, o cümlədən bu onlayn sorğunun nəticələri bir çox baxımdan uyğundur. O, DİM-lər barədə məlumatlılığı artırmaq üçün hələ çox işlərin görülməli olduğunu göstərir, belə ki, sorğuda iştirak edən genclərin demək olar ki, yarısı onlar haqqında heç nə eşitməmişdir.

O, respondentlərin böyük hissəsində (54%) optimist baxışları üzrə çıxarmışdır, belə ki, onlar inanırlar ki, DİM-lərə nail oldunduğu təqdirdə 2030-cu ilədək onların sosial, iqtisadi və ətraf-mühitlə bağlı problemləri həll oluna bilər.

O, məsələn, gəncləri  işəgötürən ən böyük iştirakçı qismində özəl sektora məşğul işçi qüvvənin potensialını artırmaq və yekunda inklüziv əmək bazarına doğru irəliləyişə kömək edəcək gənclərin məşğulluğunu təşviq etməyə yönələn dövlət-özəl sektor tərəfdaşlıqları bağlı imkanları araşdırmaq üçün xüsusi tövsiyələr verir.

Gənclər təşkilatları 2030-cu il Gündəliyinin yerli, milli və regional siyasətə daxil edilməsində iştirak etmək üçün həvəsləndirilməli və onların bunun üçün səlahiyyətləri genişləndirilməlidir. Onlar gündəliyin icrasında, ona nəzarət olunmasında və onun icmalının aparılmasında, habelə hökumətlərin bu işdə hesabatlılığının artırılmasında mühüm rol oynayırlar. 

Layiqli əmək imkanları ilə bağlı müxtəlif çatışmazlıqları azaltmaq məqsədilə, gənclər onlarda əmək bazarının tələblərinə uyğun vərdişlərin aşılanması üçün təlim keçməlidirlər.

Hörmətli gənclər, həmkarlar, xanımlar və cənablar,

BMTİP və BMT Könüllüləri gənclərə könüllü fəaliyyət üçün imkanların yaradılmasında əməkdaşlıq edirlər.  Könüllülüyə kömək etmə və könüllülər üçün infrastrukturun qurulması gənclərin əhatə olunmasına və dayanıqlı inkişafa BMTİP və BMT Könüllüləri tərəfindən dəstək göstərmənin bir yoludur.

Gənclərin potensialından yararlanmaq məqsədilə, Birləşmiş Millətlər Təşkilatı Azərbaycanda gəncləri DİM-lərin təşviqinə və həyata keçirilməsinə daha yaxşı inteqrə etmək üçün bir sıra platformalara və siyasət tədbirlərinə kömək etmişdir. Birləşmiş Millətlər Təşkilatı Modeli üzrə Milli Konfranslardan başlayaraq potensialı inkişaf etdirmə proqramları, təcrübələr, işlər, könüllülük imkanlarına qədər. Ötən il, BMTİP, İdman və Gənclər Nazirliyi ilə birgə, Azərbaycanda ilk dəfə 17 DİM üzrə gənc səfirlər qrupunu təqdim etmişdir. Bizim YUNİSEF-dən olan həmkarlarımız Gənclərin Məşvərət Şurasına və ölkədə bir sıra gənclər evlərinə dəstək göstərmək üçün BMT tərəfindən göstərilən səylərdə aparıcılıq etmişlər. 

Gəncləri Milli DİM-lər strategiyasının icrasının bütün mərhələlərinə daha yaxşı inteqrə etmək üçün, BMTİP, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sıx əməkdaşlıq etməklə, gənclərin əmək qabiliyyətini, peşəkar vərdişlərini və sahibkarlıq düşüncəsini artırmaqla onları yerli əmək bazarlarına inteqrə etmək məqsədini daşıyan  “Azərbaycanda İnnovasiyaların və Məşğulluğun Təşviqi” layihəsinə (bu layihə, həmçinin, “Syslab” layihəsi adlanır) dəstək göstərir.

BMTİP, Azərbaycanda ən böyük könüllülər təşkilatı olan “ASAN Könüllüləri” ilə birgə, gənclər arasında könüllülüyün təşviqi və onların biliklərinin və sosial və icma tədbirlərində iştirakının genişləndirilməsinə dəstəyin göstərilməsi istiqamətində çalışır.

Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri (DİM-lər) üzrə Gənclərin ilk Yay Məktəbi  2018-ci ildə təşkil olunmuşdur. Yay Məktəbi  gənclərin qlobal siyasi müzakirələrdə və xüsusən də 2030-cu il Gündəliyində aktiv iştirakına dəstək göstərmək üçün bizim İdman və Gənclər Nazirliyi ilə yeni tərəfdaşlığımızın ilk yadda qalan hadisəsi olmuşdur.  Bu günədək, Azərbaycanda üç BMT Modeli Konfransı, Naxçıvanda BMT Modeli Konfransı, İsmayıllıda və Daşkəsəndə iki BMT Modeli Yay Məktəbi təşkil olunub, eyni zamanda, BMTİP və Gənclər və İdman Nazirliyi müxtəlif BMT Modeli Klublarında gənc həvəskarlar tərəfindən təşkil edilən universitet səviyyəsində BMT Modeli konfranslarına dəstək göstəriblər.

BMTİP-də innovasiyalara dəstək göstərmə DİM-lərə nail olmaq üçün vacibdir. Biz, ölkədə dayanıqlı inkişafın bəzi təxirəsalınmaz problemlərinin həll yollarını tapmaq məqsədilə sosial sahibkarları və innovatorları həvəsləndirmək üçün Milli İnnovasiyalara Çağırış layihəsinin təqdim olunmasında İqtisadiyyat Nazirliyi ilə tərəfdaşlıq etmişik.

Azərbaycan dünyada Akselerator Laboratoriyalarının ən iri və ən sürətli təlim şəbəkəsi olmaq üçün       BMTİP-nin 60 ölkə nümayəndəliyindən biri və Avropa və Mərkəzi Asiya regionunun 6 ölkə nümayəndəliyi arasından seçilmişdir.  

ÇOX  SAĞ  OLUN! (Azərbaycan dilində)