Qadınların səsini duyuraq

Leyla Novruzlu: Bu təcrübə iqtisadi səlahiyyətlərin dəyişdirici gücünü vurğuladı və dayanıqlı inkişaf və sosial dəyişikliklər üçün qadınların potensialına sərmayə yatırmağa olan inamımı bir daha təsdiqlədi

12 June 2024

Leyla Novruzlu Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında BMT könüllüsüdür. O, Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması layihəsinin ikinci mərhələsi çərçivəsində Azərbaycanda gender bərabərliyinə çağıran 5-ci Dayanıqlı İnkişaf Məqsədi üçün çalışır.

Leyla könüllülük yoluna BMTİP-də layihə katibi kimi başlayıb.

O, inzibati sahədə layihəyə dəstək verir, sənədləri saxlayır və bir sıra məsələlərdə ünsiyyətə köməklik göstərir. “Mən komanda daxilində inklüzivlik mədəniyyətinə töhfə vermək və layihənin hər mərhələsində qadınların səsinin eşidilməsini və dəyərləndirilməsini təmin etməkdə həvəsliyəm”, - deyə Leyla qeyd edir.

"Layihə çərçivəsində təşəbbüslərimizin effektivliyini və davamlılığını artırmaq üçün olan imkanları müəyyən etdim. Təşkilatçılıq bacarıqlarıma və detallara qarşı diqqətli olduğuma güvənərək iş axınını sadələşdirmək, məlumatların idarə edilməsini təkmilləşdirmək və layihə tərəfdaşları arasında koordinasiyanı gücləndirmək üçün təşəbbüs göstərdim.” Leyla Novruzlu, BMTİP Azərbaycan Ölkə Ofisində BMT könüllüsü

BMTİP yoxsulluğun azaldılması, fəlakət risklərinin idarə edilməsi, iqlim dəyişikliyi və gender imkanlarının genişləndirilməsi də daxil olmaqla, ölkədə mövcud olan ehtiyaclar əsasında Azərbaycanda sosial-iqtisadi inkişafa dəstək göstərir.

Leyla Cənubi Qafqazda gender bərabərliyinin təşviqinə, o cümlədən qadınlara biznesə necə başlamaq, bazarı əlçatan etmək və öz icmalarında müsbət dəyişikliklərə nail olmaq barədə təlimlərə qoşulmağa şərait yaradan Qadın Resurs Mərkəzləri kimi təşəbbüsün real təsirinin şahidi olub.

"Könüllülük təcrübəmin əsas məqamı qadınlara məxsus biznes və özəl şirkətlər arasında tərəfdaşlığı təşviq etmək idi. Bu təcrübə iqtisadi səlahiyyətlərin dəyişdirici gücünü vurğuladı və dayanıqlı inkişaf və sosial dəyişikliklər üçün qadınların potensialına sərmayə yatırmağa olan inamımı bir daha təsdiqlədi.” Leyla Novruzlu, BMTİP Azərbaycan Ölkə Ofisində BMT könüllüsü

Leyla könüllülük fəaliyyəti çərçivəsində əldə etdiyi imkanlara və təcrübələrə görə minnətdardır: “Peşəkar həyatımda inkişaf, çətinliklər və, ən əsası, mənalı təsirlərlə dolu gözəl bir fəsil idi. İrəliləyərək xidmətlərimin bütün aspektlərində gender bərabərliyini və sosial inklüzivliyi müdafiə etmək üçün BMTİP Azərbaycan ilə işlədiyim müddətdə qazandığım bacarıq və biliklərdən istifadə etməklə səlahiyyətləndirmə və təsir yolunu davam etdirmək niyyətindəyəm.” Leyla Novruzlu, BMTİP Azərbaycan Ölkə Ofisində BMT könüllüsü

İstər sahibkarlıq təlimi, istər mikromaliyyəyə çıxış, istərsə də fəaliyyət üçün islahatların müdafiəsi məsələlərində struktur maneələrinin aradan qaldırılması və Cənubi Qafqazda qadınlar üçün iqtisadi müstəqillik vasitələrinin yaradılması baxımından layihə çox vacibdir.

Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması layihəsinin birinci mərhələsi 2021-ci ilin dekabr aynda başa çatıb. Hazırda davam edən ikinci mərhələ 2024-cü ilin iyul ayında yekunlaşacaq.