Gələcək üçün Peşə Təhsili və Təlimi
Layihənin xülasəsi
Azərbaycan hökuməti 2016-ci ildə qəbul edilmiş “Peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritəsi”ndə, “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair strateji yol xəritəsi”ndə və bir çox digər hökumət proqramlarında peşə təhsili sisteminin inkişafının vacibliyini vurğulamışdır. Bu sahədəki siyasətə aid sənədlərin başlıca məqsədi Azərbaycanın peşə təhsili sistemində islahatlar aparmaq, eləcə də infrastruktur, təhsil proqramlarının məzmunu, peşə üzrə inkişaf, ilkin öyrənilmənin tanınması, daxili keyfiyyət təminatı və sosial tərəfdaşlıq (o cümlədən dövlət və özəl sektorların tərəfdaşlığı) kimi sahələrdə təkmilləşdirmə işləri vasitəsilə nəticələri yaxşılaşdırmaqdan ibarətdir.
“Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” adlı layihə, peşə təhsilinin cəlbedici keyfiyyətlərinin, eləcə də əmək bazarına müvafiqliyinin artırılması məqsədilə səriştə əsaslı tədrisin təşkili üçün Azərbaycanda peşə təhsili müəssisələrinin müasirləşməsinə dəstək vermək məqsədini daşıyır. Layihə üzrə fəaliyyət yeddi peşə təhsili müəsssisəsində (dördü Bakıda, üçü isə rayonlarda – Gəncə, Cəlilabad və Şəkildə) sınaq formatında aparılacaq. Seçilmiş müəssisələr Elm və Təhsil Nazirliyi üçün prioritetdir və onlar əmək bazarına uyğunluq, ölkənin inkişafı üçün peşə təhsilinin prioritetli sektorlarının genişləndirilməsi, habelə özəl sektorun maraqları və tələb olunan infrastrukturun olması kimi amillərə əsaslanaraq seçilib. Layihə çərçivəsində irəli sürülən təşəbbüslər və aparılan fəaliyyət, işə əsaslanan tədris sahəsində dövlət və özəl sektorların əməkdaşlığı və tərəfdaşlığını təşviq edəcək, yeni tədris məzmununun təqdim edilməsi məqsədilə peşə təhsili müəssisələrinin imkanlarını gücləndirəcək və gənclər üçün peşə təhsilinin cəlbediciliyini artıracaq. Hədəflənmiş müəssisələrdə icra edilən bu layihə vasitəsilə əldə edilmiş ən münasib təcrübə, daha sonra digər rayonlarda da təkrarlanacaq.
Layihə Avropa İttifaqı tərəfindən tam maliyyələşdirilir və BMT-nin İnkişafı Proqramı tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilir.
Layihənin məqsədləri
Ümumi məqsəd | Layihənin başlıca məqsədi - əmək bazarının tələblərinə uyğun səriştə əsaslı təhsil üçün tədris müəssisələrini müasirləşdirməklə, peşə təhsili sisteminin keyfiyyətinin artırılmasında Azərbaycan hökumətinə dəstək verməkdir. |
Xüsusi məqsədlər |
|
Gözlənilən nəticələr
1-ci istiqamət: Seçilmiş peşə təhsili müəssisələrində innovasiyaların tətbiqi
- Fəaliyyət 1.1 – Seçilmiş peşə təhsili müəssisələrində təşkilati və insan resursları üzrə imkanların genişləndirilməsi;
- Fəaliyyət 1.2 – Seçilmiş peşə təhsili müəssisələrində yenilikçi peşə təhsili xidmətlərinin tətbiqi;
- Fəaliyyət 1.3 – Seçilmiş peşə təhsili müəssisələri tərəfindən maliyyə idarəediçiliyi və özəl sektorla əməkdaşlığın təkmilləşdirilməsi
- Fəaliyyət 1.4 – Seçilmiş peşə təhsili müəssisələrində peşəyönümü / karyera xidmətlərinin möhkəmləndirilməsi
- Fəaliyyət 1.5 – Rəqəmsal format və onlayn təlimlər vasitəsilə bacarıqların inkişaf etdirilməsi
2-ci istiqamət: Seçilmiş peşə təhsili müəssisələrində infrastrukturun və avadanlığın müasirləşdirilməsi
- Fəaliyyət 2.1 – Tədris proqramının yeni məzmununa, (o cümlədən əlilliyi olan şəxslər üçün proqramlara), aparılan işlərə və kiçik emalatxanaların qurulmasına dəstək vermək üçün infrastrukturun, avadanlığın və digər ləvazimatların təchiz edilməsi;
- Fəaliyyət 2.2 – Seçilmiş peşə təhsili müəssisələrində fəaliyyətlərin inkişafına dəstək vermək, öyrənmə fabriklərinin yaradılması üçün infrastrukturun, avadanlığın və digər ləvazimatların təchiz edilməsi;
- Fəaliyyət 2.3 – COVİD-19-un mənfi təsirinin qarşısı almaq üçün infrastrukturun, avadanlığın və digər ləvazimatların təchiz edilməsi;
- Fəaliyyət 2.4 – Seçilmiş peşə təhsili müəssisələrində rəqəmsal innovasiyaların tətbiqi
3-cü istiqamət: Azərbaycanda bütün peşə təhsili müəssisələri üçün şəbəkənin qurulması və imkanların genişləndirilməsi
- Fəaliyyət 3.1 – Peşə təhsili sahəsində milli əlaqələndirmənin gücləndirilməsi;
- Fəaliyyət 3.2 – Milli peşə təhsili müəssisələrində və təminatçılarında potensialın artırılması / imkanların genişləndirilməsi işinin gücləndirilməsi
Sistemin işləməsinə dəstək vermək məqsədilə horizontal tədbirlərin görülməsi
- Fəaliyyət 4.1 – Effektiv kommunikasiyanın inkişaf etdirilməsində və peşə təhsili müəssisələrinin cəlbedici keyfiyyətlərinin möhkəmləndirilməsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin informasiya departamentinə dəstəyin verilməsi;
- Fəaliyyət 4.2 – Milli bacarıqlar yarışlarının təşkilində və beynəlxalq bacarıqlar müsabiqələrində iştirakda Peşə Təhsili üzrə Dövlət Agentliyinə dəstəyin verilməsi;
- Fəaliyyət 4.3 – Peşə təhsili müəssisələri üçün kiçik qrantların ayrılması məqsədilə rəqabətcil maliyyələşmə mexanizmin sınaqdan keçirilməsinə dəstəyin verilməsi;
- Fəaliyyət 4.4 – Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi altında gənclərin peşə təhsilinə cəlb edilməsi üçün sınaq tədbirlərə dəstəyin verilməsi.