Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı Lənkəran-Astara İqtisadi Rayonunda Birgə Təşəbbüsləri dəstəklənməsi məqsədilə qrant müsabiqəsini elan edir

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin İnkişaf Proqramı və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən icra edilən “Lənkəran-Astara İqtisadi Rayonunda Meyvə-Tərəvəz Sektorunda Rəqabət Qabiliyyətinin, Əməkdaşlığın və Müasirləşmənin Təşviqi” layihəsi çərçivəsində keçirilən qrant müsabiqəsində qalib gəlmiş Birgə Təşəbbüslərə 10 000 – 200 000 avro məbləğində nağdsız yardım göstəriləcək.

9 April 2024
QRANT MÜSABİQƏSİNƏ KİMLƏR QOŞULA BİLƏR?

Qrant almaq və dəstək mexanizmi çərçivəsində maliyyələşdirilmək üçün müraciət edən Birgə Təşəbbüslər aşağıdakı şərtlərə cavab verməlidir: 

• Qeyri-rəsmi təsis edilmiş meyvə-tərəvəz dəyər zənciri iştirakçıları (minimum 10 üzv), o cümlədən kənd təsərrüfatı xidməti təminatçıları;

• Üzvlərinin maksimum 10 ha torpaq sahəsi olduğu fermer birlikləri;

• Kooperativlər və birliklər;

• Minimum 20 meyvə-tərəvəz  istehsalçısı və ya yetişdiricisi ilə birləşmiş meyvə-tərəvəz aqreqatorları;

• Qadın qrupları (minimum 10 üzv);

• Gənclər (18-29 yaş arası) qrupları (minimum 10 üzv);

• Aqroturizm sahəsində biznes ideyalarını irəli sürən birgə təşəbbüslər;

• Orqanik kənd təsərrüfatı ilə bağlı biznes ideyalarını irəli sürən  birgə təşəbbüslər;

• Mikro sahibkar (minimum 10 meyvə-tərəvəz istehsalçısı və ya yetişdiricisi ilə əməkdaşlıq edən), kiçik sahibkar (minimum 20 meyvə-tərəvəz istehsalçısı və ya yetişdiricisi ilə əməkdaşlıq edən), orta sahibkar (minimum 30 meyvə-tərəvəz istehsalçısı və ya yetişdiricisi ilə əməkdaşlıq edən).

 

QRANT MÜSABİQƏSİNƏ QATILMAQ ÜÇÜN HANSI SƏNƏDLƏR TƏLƏB OLUNUR?

Ərizəçi aşağıdakı sənədləri zərfdə təqdim etməlidir:

- Biznes plan daxil olmaqla, tamamlanmış ərizə forması

- Mikro, kiçik və orta müəssisələrin yaradılması barədə protokol;

- Birgə təşəbbüs üzvlərini və rəhbərini təsdiq edən protokol;

- Ərizəçi qeyri-rəsmi təsis edilmiş fermerlər qrupu olarsa, ümumi Aktivlərin İstifadəsi üçün təsdiq edilmiş Müştərək Üzvlük Müqaviləsi;

- Mikro, kiçik və orta müəssisələrin və digər növ rəsmi Birgə Təşəbbüslər üzrə qeydiyyat sertifikatı; 

- Mikro, kiçik və orta müəssisələrin son üç il üzrə maliyyə hesabatları;

- Müştərək maliyyələşmə məktubu.

 

Qeyd: Birgə Təşəbbüslərin rəhbəri tələb olunan bütün sənədləri 7 İyun 2024-cü il, saat 18:00-a qədər layihənin Lənkəran ofisinə təqdim etməlidir.

Ünvan: Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 178.

 

Qrant ərizəçiləri üçün təlimatları BURADAN yükləyə bilərsiniz.

 

Ətraflı məlumat üçün:

Mobil Pencəliyev, Kənd Təsərrüfatı üzrə layihə mütəxəssisi 

(+994 50 626 26 88)

Ramin Qənbərov, Aqrobiznes üzrə layihə mütəxəssisi

(+994 50 632 52 92)

 

Əlaqə üçün məlumat:

İradə Zeynalova, BMTİP-nin Azərbaycan ofisi, Layihənin Kommunikasiyalar üzrə Köməkçisi irada.zeynalova@undp.org. 

Gülnarə Bayramova, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin Mətbuat və İnformasiya Rəhbəri gulnara.bayramova@eeas.europa.eu

Avropa İttifaqı öz nou-hausunu, resurslarını və amallarını tədricən birləşdirmək qərarına gəlmiş 27 üzv dövlətdən ibarətdir. 60 ildən artıq genişlənmə müddəti ərzində, onlar, birgə olaraq, mədəni müxtəlifliyi, tolerantlığı və fərdi azadlıqları qoruyub saxlayaraq, sabitlik, demokratiya və dayanıqlı inkişaf zonasını yaradıblar. Avropa İttifaqı öz sərhədlərindən kənarda digər ölkə və xalqlarla öz nailiyyətlərini və dəyərlərini paylaşmağa sadiq olan tərəfdir.

BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.

 

Ətraflı məlumat üçün undp.org vebsaytına baş çəkə yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.