BMTİP Azərbaycan gender bərabərliyinə həsr olunmuş 10-cu ənənəvi “Açılış zəngi” mərasiminə qatılıb

7 March 2024

Bakı, 7 mart 2024-cü il. Bakı Fond Birjası və Dünya Birjalar Federasiyasının əməkdaşlığı çərçivəsində gender bərabərliyinə həsr olunmuş 10-cu ənənəvi “Açılış zəngi” mərasimi keçirilib. Tədbir İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin (SDC) dəstəklədiyi və BMTİP-nin həyata keçirdiyi Cənubi Qafqazda Qadınların İqtisadi Gücləndirilməsi layihəsi ilə tərəfdaşlıq çərçivəsində baş tutub. Görüşdə Bakı Fond Birjası İdarə Heyətinin üzvü Mehman Ramazanov, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin əməkdaşlıq üzrə regional direktor müavini və missiya rəhbərinin müavini Alberto Hernandez, BMTİP-nın Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən xanım Alessandra Rokkasalvo, BMT-nin Qadınlar Təşkilatında qadınların iqtisadi səlahiyyətləri üzrə program müşaviri Nani Bendeliani, habelə dövlət və özəl sektoru təmsil edən digər qonaqlar iştirak edib. 

Tədbirdə gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması, gender bərabərliyi mövzusunu gündəmdə saxlayan həssas-gender yanaşması, Qadınların Gücləndirilməsi Prinsiplərinin (WEPs) dayanıqlılığı mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Görüş iştirakçılarına müraciəti zamanı xanım Rokkasalvo qadınların gücləndirilməsinə xidmət edən və onların tərəqqisinə əngəl olacaq maneələri aradan qaldıran əməkdaşlıqların, innovasiya və strategiyaların həyata keçirilməsi təşəbbüslərnin vacibliyini vurğulayıb.

Tədbir zəngin çalınması mərasimi ilə başa çatıb. 8 mart – Beynəxalq Qadınlar Günü ərəfəsində təşkil edilmiş görüş əlaqələrin genişləndirilməsi və yeni tərəfdaşlıqlar baxımından gözəl fürsət oldu.

 

Media əlaqə: 

Ceyhun Ələkbərov, BMTİP Azərbaycan

jeyhun.alakbarov@undp.org